Ağcabədi rayonunda “ağ qızıl” toplanışı davam edir və indiyədək sahələrdən 32113,48 ton məhsul yığılıb. Qeyd edək ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 926 ton daha çox pambıq yığılıb təhvil verilmişdir ki buda fermerlərin ildən ilə bu sahədə peşəkarlaşması deməkdir. Rayon üzrə ümumi sentner isə 30,04-dir.