Ağcabədidə yaralılar ziyarət olunur

İkinci Qarabağ savaşında yaralanan hərbçilər hər bir dövlət qayğısı ilə əhatə olunur. Onlara mənəvi və maddi dəstək daim diqqət mərkəzində saxlanılır. Rayonumuzda da bu istiqamətdə mühüm addımlar atılır.

“Aran” bildirir ki, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov rayonun bir çox kəndlərində olub, Vətən müharibəsində yaralanan həmyerlilərimizlə görüşüb. Rayon rəhbəri Hacibədəlli kəndində Rahib Sadıqov, Bəhruz Quliyev, Təzəkənd kəndində Elşad Heydərov, Amid Əliyev, Sədi Cəfərov, Qiyaməddinli kəndində Mərhəmət Məmmədov, Poladlı kəndində Vidadi Səfərov, Etibar Vəliyev, Müqabil Dadaşov, Məhərrəm Eyvazov, Minəxorlu kəndində Amil Süleymanova baş çəkib. Cənab başçı yaralılardan Təzəkənd kəndindən olan Mirşaban Mamedov, Qiyaməddinli kənd sakinləri Mürvət Məmmədov, Səfa Quliyev, Əsəd Quliyev və Minəxorlu kənd sakini Elşad Fərzəliyev evdə olmasalar da, onların ailələri ilə görüşüb.

Görüş zamanı yaralların səhhəti ilə yaxından maraqlanan R.Hüseynov, dövlətimizin həmişə əsgərin yanında olduğunu bildirib, yaralılara Allahdan şəfa diləyib, tezliklə sağalıb ayağa qalxmağı, ölkəmizin həyatında fəal iştirak etməyi arzulayıb.

Görüşdə hər bir yaralının evinə ərzaq sovqatı, tibbi maska, spirt, dezinfeksiyaedici məhlullar hədiyyə edilib. Rayon icra hakimiyyətinə müraciət edən Poladlı kənd sakini Məhərrəm Eyvazova əlil arabası təqdim olunub. Eyni zamanda həmin kəntdə hər bir yaralı əsgərin evinə bir ədəd elektrik sobası da verilib.

Yaralılar və onların ailə üzvləri göstərilən yüksək diqqət və qayğına görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürlərini və minnətdarlığını bildiriblər.

Millət vəkilindən mediaya dəstək

Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan məsələlər arasında medianın vergidən azad...

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.  "Instaqram" hesabında olan paylaşımda...

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 26 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 20 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.   "Report"un aksiya keçirilən...

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir

Aranın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Layihənin qeyd hissəsində əsaslandırılıb...

Azərbaycan və  Macarıstan oxşar cəhətlərə malik ölkələrdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata bəyanat vermişdir. Bəyanatda qeyd edilir ki, dost ölkələr kimi Azərbaycanla Macarıstan...

Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq

Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq. "Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Azərbaycan və Macarıstan münasibətləri yeni inkişaf mərhələsində

Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu ölkələr arasında qarşılıqlı səviyyədə...

Türkiyədə zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb, 2323 nəfər yaralanıb 

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb. “Aran” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyəyə yola düşəcək

Bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab...

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığı verib. Aran xəbər verir ki, başsağlığında deyilir:

Şərhlər