Əliyev Toğrul Bəxtiyar oğlu Ağcabədi şəhər Ş.Hüseynov adına 2 saylı tam orta məktəbinin 3-cü sinif şagirdidir. Balaca Toğrul dərslərini yaxşı oxumaqla bərabər, həm də vətənpərvərliyi ilə yaşıdlarından seçilir. Onun atası Bəxtiyar Əliyev Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda o, Milli Ordu sıralarında xidmətini davam etdirir. Toğrul bununla əlaqədar möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə məktub ünvanlayıb. Bu məktubu oxucularımızın nəzərinə çatdırırıq:
“Salam, mənim qəhrəman Prezidentim!
Doğma torpaqlarımızı işğaldan azad etdiyiniz üçün hamı kimi mən də çox sevinirəm. Sizin əmrinizlə mənim atam Əliyev Bəxtiyar Məhəmməd oğlu döyüşlərdə iştirak etmişdir. İndi səbirsizliklə onun sinəsi orden və medallarla dolu cəbhədən evə qayıtmasını və yenidən müəllim kimi fəaliyyət göstərməsini arzu edirik.
Xoşbəxtəm ki, mənim də atam bir zabit kimi Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmiş və torpaqlarımızın azad olunması üçün ön cəbhədə düşmənlə vuruşmuşdur. Sizi çox sevirəm və hər şeyə görə Sizə minnətdaram.”