19.6 C
Aghjabadi

Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləğini açıqlayıb.

“Aran” “Trend”-ə istinadən xəbər verir ki, Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi statusu almış hərbçilər üçün psixoloji və maddi güzəştlərin tətbiqi nəzərdə tutulur. Şəhid və qazi ailələri üçün yardım təqaüd formasında olacaq.

B.Hüseynov əlavə edib ki, şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1,2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat müəyyən edilib.

Onun sözlərinə görə, nazirliyin tərkibində psixoloji dəstək mərkəzi də fəaliyyətə başlayıb. Bu dəstək müharibə zonasındakı vətəndaşlar, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri və yaralanmış vətəndaşlar üçün dövlət hesabına təmin ediləcək. Bununla əlaqədar Sosial Xidmət Agentliyi tərəfindən “Qaynar xətt” (050-406-75-85) yaradılıb.

B.Hüseynov qeyd edib ki, psixoloji yardıma ehtiyacı olan şəxslər bu nömrəyə zəng etməklə dövlət vəsaiti hesabına həyata keçirilən dəstəkdən yararlana bilərlər.

Xəbər lenti

27 Sentyabr Anım günü

https://www.youtube.com/watch?v=PJxvsrtJ5jo

Qəhrəman tankçı Dəyanət Əliyevin doğum günü qeyd olundu -VİDEO

https://www.youtube.com/watch?v=wlUOaSzF9vs

Rəşad Məcid Mətbuat Şurasına sədr seçildi

Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının sədri seçilib. Bu gün Jurnalistlərin VIII qurultayı çərçivəsində həyata keçirilən səsvermədə "525-ci qəzet"in baş...

Vətən müharibəsi şanlı zəfər tariximizdir

Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir....

Ağcabədi şəhidi ilə vidalaşıb – BAKU TV (VİDEOREPORTAJ)

https://www.youtube.com/watch?v=3kJ1prZQu74&t=23s

Ağcabədidə pambıq yığımına başlanıldı – VİDEO

https://www.youtube.com/watch?v=L1kZM3Aoxfs

Qarabağ Atçılıq Zavodunun direktoru: Qarabağ atları öz yurduna qayıtdıqdan sonra cins əlamətlərini daha da zənginləşdirəcək

Respublikamızın dilbər guşələrindən olan Qarabağ füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə dünyada...

Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır

Ölkəmizin gücünə güc qatan müqavilə             28 il bundan əvvəl 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın...

Çoban, qaytar quzunu…

Hər dəfə yaylaq haqqında düşünəndə hər qarışında uşaqlığımın keçdiyi buz bulaqlı, şehli çəmənlər, qüdrətdən səngərli, qalalı dağlar yadıma düşür, xatirələr qəlbimdə şimşək...

Ənənə davam etdirilir

         Yeni tədris ilinin başlanması münasibətilə ötən illərdə olduğu kimi Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən şəhid və müharibə iştirakçılarının övladları, həmçinin hər...

Şərhlər