0.4 C
Aghjabadi
Cümə axşamı, Yanvar 20, 2022

Ağcabədidə YAP-ın yaranması münasibətilə videokonfrans keçirilmişdir

YAP Ağcabədi rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibətilə videokonfrans keçirmişdir.

“Aran” melumat verir ki, videokonfransda YAP ərazi ilk təşkilat sədrləri, YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurası, Gənclər Birliyinin üzvləri iştirak etmişlər. Videokonfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq konfrans iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü və erməni işğalçıları üzərində  qazanılmış Qələbə münasibətilə təbrik etmişdir.

R.Əhmədov çıxışında bildirmişdir ki, Azərbaycan xalqı 30 ilə yaxındır ki, işğalda olan Qarabağ torpaqlarının azad edilməsini səbirsizliklə gözləmişlər. Bu müddət ərzində istər ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə, istərsə də  ulu öndərin siyasi varisi cənab prezident, İlham Əliyevin 2003-cü ildən başlayaraq ardıcıl olaraq həm siyasi müstəvidə, həm də  ordu quruculuğu sahəsində gördüyü işlər öz bəhrəsini verdi, addım-addım  bizi qələbəyə yaxınlaşdırdı.

Sentyabrın 27-də erməni təcavüzünə cavab olaraq başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir tarix yazdı. İqtidar – Xalq – Ordu birliyi öz bəhrəsini verdi. Hamı yumruq kimi birləşdi, hər kəs Qələbəyə öz tövhəsini verdi və möhtəşəm Qələbə qazanıldı. Bu qələbənin qazanılmasında şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Bu qələbənin qazanılmasında qardaş Türkiyənin Azərbaycana göstərdiyi siyasi dəstək də qələbəmizi şərtləndirən səbəblərdən biridir.  

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev əsl sərkərdə kimi hərəkət edərək, xalqı və ordunu ruhlandıraraq, öz ardınca apardı,  öz xalqına  güvənərək demək olar ki, dünyanın böyük güc mərkəzləri ilə siyasi meydanda təkbətək döyüşdü, ona qarşı edilən təzyiq, hədə-qorxulara mətanətlə sinə gərdi və bütün dünyaya sübut etdi ki, Azərbaycanın mübarizəsi haqq mübarizəsidir və Qarabağ torpağı Azərbaycanın əzəli torpaqlarıdır.  

R.Əhmədov çıxışında onu da vurğuladı ki, Vətən müharibəsi dövründə Yeni Azərbaycan Partiyası da böyük bir siyasi  qüvvə kimi öz iradəsini ortaya qoydu. 50 siyasi Partiyanın birgə bəyanatında, eyni zamanda ayrılıqda YAP adından beynəlxalq təşkilatlara, siyasi partiyalara müraciətlər edildi, Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırdı.

Konfransda YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının sədri Radə Qafarova, YAP Hacıbədəlli ərazi ilk təşkilatının sədri Feyzulla Feyzullayev çıxır edərək tədbir iştirakçılarını təbrik etdilər və mövzu ətrafında öz mülahizələrini bölüşdülər. 

Konfransda ilk təşkilatlara qarşıda duran vəzifələr barədə tövsiyələr verildi.

Xəbər lenti

Ağcabədi Pedaqoji Kollecində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

20 Yanvar hadisəsi təkcə faciə deyil, eyni zamanda xalqımızın azadlıq istəyi,  öz müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.  Ağcabədi Pedaqoji Kollecində Qanlı Yanvar...

Eldəniz Qənbərov: “Gecə saat 12:00-dan başlayaraq şəhərə böyük texnika yeridildi. Göyün üzü işıq saçan güllələrlə dolu idi”

Xalqımızın qan yaddaşı olan 20 yanvar faciəsinin növbəti ildönümüdür. Əlbəttə, o dövrün hadisələri haqqında çox məlumatlar var, çox şahidlər danışıb. Amma hər...

Ağcabədidə 20 Yanvar faciəsi şəhidlərininxatirəsi anılıb

Respublikamızın bütün bölgələrində olduğu kimi Ağcabədidə də 20 Yanvar faciəsi şəhidlərinin anım günü qeyd olunub. Anım mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Kəmalə Əlizadə: “Gözlərini yummazdan əvvəl evin ünvanını deyib”

20 Yanvar faciəsinin qurbanlarından biri də Faiq Əbdülhüseyn oğlu Əlizadə idi. O, 10 yanvar 1953-cü  ildə Ağcabədidə anadan olub. Sonradan Bakı şəhərində yaşayan həmyerlimiz hadisə...

Cərimə olundular

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində mövcud  karantin qaydalarını pozan şəxslər cərimələnib. Belə ki, yas...

İbiş bəy Mirzə Cəlili ölümdən necə xilasetdi?

Azərbaycanın ilk maarifçi qadınlarından, tanınmış ziyalı, ictimai xadim, xeyriyyəçi Həmidə xanım Cavanşir görkəmli yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin sədaqətli həyat yoldaşı...

Təcrübə üçün səfər et

Bu günlərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşları və könüllüləri “Aran” qəzeti redaksiyasının yaradıcı kollektivi ilə görüş keçiriblər.

Vaksinasiya tədbirləri davam edir

Rayonda koronavirus pandemiyası ilə əlaqədar vaksinasiya tədbirləri davam edir. Rayon mərkəzi xəstəxanasında peyvənddən öncə, sakinlərin müayinədən keçirilməsi diqqət mərkəzində saxlanılır. İndiyədək bölgədə...

Ziyalının xatirəsi əbədiləşdirildi

Xeyirxah əməllər sahibi olan insanlar həyatda olmasalar belə, qəlblərdə iz qoyur, əbədi yaşayır. Ağcabədinin dəyərli ağsaqqallarından, ziyalılarından biri olan Xəlil Xəlilov da...

Qəhrəmanlıq salnaməsi

ADPU-nun Ağcabədi filialında  dəyirmi masa keçirilib Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialında Qanlı Yanvar faciəsinin 32-ci il dönümü münasibətilə dəyirmi masa keçirilib. Tədbirdə ADPU-nun Ağcabədi filialının müəllim kollektivi və  tələbələr iştirak ediblər. 

Şərhlər