30.2 C
Aghjabadi

Arxa cəbhənin mübariz əsgəri – Yəhya PAŞAZADƏ


Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində nəşr olunan mətbu orqanları ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri sırasında önəmli yer tutur. 

Bu qəzetlər mərkəzi mətbuat orqanları ilə çiyin-çiyinə milli dəyərlərimizin, dövlətcilik ideyalarının təbliğində, əhalinin maarifləndirilməsində, mühüm informasiyalarla təmin olunmasında xüsusi rol oynayırlar. Özünəməxsus üslubu, dəsti-xətti ilə seçilən bu mətbu orqanları operativ və fəal mövqe  sərgiləməsi səbəbindən bölgə sakinləri tərəfindən sevilir, inam və güvənc yeri hesab olunur. Ağcabədidə çıxan “Aran” qəzeti də belə kütləvi informasiya vasitələrindəndir. Adıçəkilən bölgədə qəzet ilk dəfə “Ağcabədi pambıqçısı” adı ilə 1932-ci ildən nəşr olunmağa başlayıb, 1966-cı ildən “Sürət”, müstəqillik dövründən sonra isə “Aran” adı ilə fəaliyyətini davam etdirib. 

Müstəqilliyimizin ilk illərində əyalət qəzetləri keçid dövrünün çətinlikləri ilə üzləşirdi. Hətta bəzi bölgələrdə qəzetlər bu çətinliklərə tab gətirməyərək, fəaliyyətini dayandırmaq məcburiyyətində qalırdı. Lakin kollektivin səyi, fədakarlığı sayəsində “Aran” dövrün ağırlıqlarına, sıxıntılarına rəğmən,fəaliyyətini davab etdirməyi, nüfuzunu və mövqeyini qoruyub-saxlamağı bacardı.

Respublikanın media ailəsi sıralarına inamla qatılan “Aran” qəzeti bu gün də öz missiyasını uğurla davam etdirir. Öz yolu, ənənəsi olan “Aran” yeni ruh, yeni nəfəslə rayonun ictimai-siyasi, mədəni-iqtisadi həyatını hərtərəfli geniş işıqlandırmağa çalışır. Qəzetin səhifələrində dərc olunan müxtəlif məzmunlu yazılar oxucular tərəfindən maraqla qarşılanır. 

Son vaxtlar “Aran” qəzeti fəaliyyətini daha da canlandırıb. Rayon İcra Hakimiyyətinin diqqət və qayğısı, yaxından dəstəyi nəticəsində kollektivin işində ciddi dönüş yaranıb. Qəzetə yeni təyin olunmuş gənc redaktor Məhsəti Ağayevanın təşkilatçılığı ilə qəzetin dizaynında, tərtibatında mühüm dəyişikliklər yaranıb. Atrıq qəzetin dövriliyində və abunəçilərinin sayında xeyli artım müşahidə olunur. Əvvəllər 500 nüsxə ilə işıq üzü görən qəzet hazırda 1500 nüsxə ilə tirajlanır. Redaksiya kollektivinin peşəkarlığı sayəsində “Aran” artıq həftədə bir dəfə nəşr olunur.

27 sentyabrda Ermənistanın təxribatlarına cavab olaraq müzəffər Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladıqdan sonra “Aran” qəzeti redaksiyası əsl qərargaha çevirilib. Necə deyərlər, qələmi süngüyə çevirən qəzetin kollektivi qaynar informasiya cəbhəsinə atılıb.”Aran”ın səhifələrində ordu ilə xalqın, dövlətin möhkəm birliyi, yekdilliyi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin qəhrəmanlıqları, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində apardığı uğurlu əməliyyatlar, ölkə rəhbərinin xalqa müraciətləri, dünyanın nüfuzlu informasiya vasitələrinə verdiyi dərin məzmunlu müsahibələri ilə əlaqədar materiallar geniş yer alır. Bunlarla yanaşı, erməni barbarlarının respublikanın müxtəlif ərazilərində, eləcə də Ağcabədi rayonunda dinc əhaliyə qarşı törədikləri cinayətlər, vandalizm aktları, kütləvi miqdarda mülki əmlaka vurduqları ziyanlar, gözəgörünməz düşmən olan koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılır. 

Respublikamızda mətbuata göstərilən yüksək dövlət qayğısından ruhlanan “Aran”çılar bütün imkanlarını səfərbər edərək, informasiya mübarizəsinin ön cərgələrində əzmlə fəaliyyət göstərirlər.

Yəhya PAŞAZADƏ

Xəbər lenti

Şəhid Cəmaləddin Məmmədovun Anım günü qeyd olundu

Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq döyüş meydanına atılan oğullarımızdan biri də Məmmədov Cəmaləddin Türbəndə oğludur. O, 1988-ci ildə Ağcabədinin Kürdlər kəndində...

Ağcabədidə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Ağcabədi rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Ağcabədi Rayon İcra...

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir...

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı...

Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım...

İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə...

Şəhid Gülalı Qəhrəmanovun anım mərasimi keçirilib

​Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.  ​Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi...

Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab...

Şəhid Rövşən Allahverdiyevin anım günü qeyd edildi

​Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi. ​Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi...

Şərhlər