“Qardaş qələmlər” dərgisi Qarabağ savaşına həsr edilib

Türk Dünyasının ortaq ədəbiyyat dərgisi, Avrasiya Yazarlar Birliyinin mətbu orqanı “Qardaş qələmlər”in noyabr buraxılışı Azərbaycanın Qarabağ savaşına və Tarixi Qələbəsinə həsr edilib.


“Aran” 525.az saytına istinadən xəbər verir ki, dərgidə Qaqauziya, Qazaxıstan, Kərkük, Qırğızıstan, Krım, Özbəkistan, Almaniya, Hollandiya, Türkiyə və Azərbaycandan şair və yazıçılar Qarabağ haqqında yazıblar. “Aran” qəzetinin redaktoru Məhsəti Musanın
“Qurtuluşumuz birlikdədir” yazısı da dərgidə yer alıb.

Azərbaycandan Fikrət Qoca, Vaqif Bəhmənli, Əjdər Ol, Mina Rəşid, Həyat Şəmi, Nəsib Qaramanlı, Dayandur Sevgin, Nadir Rzalı, Türkiyədən Mehmet Əli Kalkan, Hadi Önal, İraq Türkmən elindən Kamal Bəyatlı, Qazaxıstandan Rəfael Niyazbək, Özbəkistandan Xasiyət Rüstəmin Azərbaycan və Qarabağa həsr olunmuş şeirləri yer alıb.


Akademik İsa Həbibbəylinin “Türkiyənin mənəvi dəstəyi, etibarlı qardaş sözü!”, Xalq yazıçısı Anarın “Gəncəm mənim”, Xalq yazıçısı Elçinin “Xalqın zəfəri və xalqın faciəsi”, Əli Əmirlinin “Ağdam yadındamı?!”, Rəşad Məcidin “Qələmsiz yazılanlar”, Şahanə Müşfiqin “Qurtuluş müjdələrinin ruhumuzdakı əks-sədası”, Məhsəti Musanın “Qurtuluşumuz birlikdədir”, Billurə Aslanqızının “Gəncədən Füzuliyə…”, Orxan Arasın “Barışın övladları”, Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm…”, Elnarə Qaragözovanın “Qarabağa doğru”, Pərvinin “Əsgərə salam”, Nizaməddin Şəmsizadənin “Müharibə: qürur və kədər”, Cavid Qədirin “Sülh üçün savaşmağın qaçılmazlığı”, Elçinin “Əsgərə məktub” yazıları, Çingiz Hüseynovun “Qırıntılar” (tərcümə Yılmaz Özqaya), Vaqif Nəsibin “Omaroğlunun qayıtması” (tərcümə Aynur Qəhrəman) hekayələri, Şahanə Müşfiqin yazıçı Səyyad Aranla müsahibəsi, Günay Əfəndiyevanın bəyanatı dərgidə çap olunub. Azərbaycandan olan materialları Türkiyə türkcəsinə Ülkü Taşlıova uyğunlaşdırıb.


“Qardaş qələmlər”in bu sayında Qaqauziyadan Todur Zanetin “Bu ağır zamanda Azərbaycan qardaşlarımızın yanındayıq”, Krım Tatardan Zera Bəkirovanın “Qarabağ dünyanın sevinci olsun”, Hollandiyadan Veyis Güngörün “Azərbaycan-Ermənistan münaqişəsi Avropa Azərbaycan diasporasını hərəkətə gətirdi”, Qırğızıstandan Aidə Egemberdiyevanın “Haqqın səsini eşitmək istəyirəm və digər yazılar da yer alıb.
Məlumatda o da bildirilir ki, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlət müsahibəsində Qarabağ müharibəsində Azərbaycana dəstəyini bildirib.


Türkiyədən Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu “Dünyanın ən gözəl yeridir Qarabağ”, Ülkü Taşlıova “Ağla, Qarabağ” esseləriylə hisslərini ifadə ediblər.

Şərhlər