Qarabağ bizimdir! – Adil MİSİRLİ

Gözün aydın, Azərbaycan! Şuşa balan mənfur düşmən caynağından azad edildi. Qəlbimizdə xoş bir məqam doğurdu. Şuşa sildi göz yaşlarını xocalılı şəhid anasının. Şuşa məlhəmidir millətimin Qarabağ yarasının. Bu artıq deyil yuxu, röya. Sancıldı üçrəngli bayrağım Şuşaya. Mədəniyyət beşiyim, qeyrət ocağım. Millətimin döyünən ürəyi, incim, tacım. Şuşa artıq azaddır. Düşmən burda özgədir, yaddır.

Bir Yaradan bilir, qəlbim necə gəldi cuşa. Bayrağın mübarək, gözəl Şuşa! Burda qanı ilə tarix yazdı qorxmaz əsgər qardaşım. Unutmaz heç zaman onu qan yaddaşım.

Şuşa ruhumuzun dincəldiyi məkandır. Yalnız Şuşa ilə Azərbaycan bütöv, tamdır.

Gözəl Vətənim, məğrur, qeyrətli torpağım. Qəbul et təbriklərimi. Göylər qoy eşitsin arzu, diləklərimi. Bu gün bütün aləm, dünya gördü ki:

Koroğlu biləkli,

Mübariz ürəkli

Müqəddəs, diləkli,

Qarabağ bizimdir!

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər