
27 sentyabrda erməni faşistləri tərəfindən torpaqlarımıza yeni xain hücümlar başlandı. Vətənimizin başı üzərini qara bulutlar aldı. Xalqımızın qəhrəman oğulları bu ağır günlərdə silaha sarılaraq yenilməz Milli Ordumuzun sıralarında mənfur düşmənlərə qarşı döyüş meydanlarına atıldılar. İgid əsgər və zabitlərimizin misilsiz əks-hecumları sayəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vuruldu, layıqlı cavablar verildi. Ermənistanın yeni torpaqlarımızın işğal etmək niyyətlərinin qarşısı qətiyyətlə alındı. Xalqımızdan güc alan müzəffər Ordumuz Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi altında bir-birinin ardınca işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində uğurlu əməliyyatlar həyata keçirdi. Qısa müddət ərzində erməni tapdağı altında inildəyən ərazilərimiz xilas olundu. Həmin ərazilərdə üçrənqli bayrağımız dalğalandırıbdı. Qanlı döyüşlərdə Azərbaycan əsgərinin önündə tab gətirməyən düşmən hərbi texnika və canlı qüvvə sarıdan ağır itkilərə məruz qalaraq, geri çəkinməyə məcbur edirdilər. Cəbhədə yenilməz əsgərlərimizlə bacara bilməyən erməni barbarları ölkəmizin dinc əhalisini raket və top atəşinə tutdular. Nəticədə günahsız insanlarımız həlak oldu, evlər dağıldı, mülki əmlaklara küllü ziyanlar vuruldu. Rayonumuzun bir çox kəndləri də belə vəhşi hücumlarla üzləşdi. Lakin qəhrəman döyüşçülərimiz işğallı orduya legitim zərbələr vurmaqla bütün cəbhə boyu öz layıqlı cavabını verdi. Öldürülən günahsız qadınların,qocaların, uşaqların ön cəbhədə qisasları alındı.
Əlbəttə, hərb meydanında Ordumuzun qazandığı qələbələr igid oğullarımızın qanı, canı bahasına əldə edilmişdir. Mənfur düşmənlə çapışmalarda əsgər və zabitlərimiz öz canlarını belə, əsirgəməmiş, Vətən yolunda özlərini qurban vermiş, şəhidlik zirvəsinə ucalmışlar. Onların sırasında doğma Ağcabədidən olan igid oğullarımız da vardır. Noyabrın 10-da xalqımızın Vətən müharibəsi Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin üzərində parlaq qələbəsi ilə başa çatmışdır. Şəhidlərimizin qanı yerdə qalmamışdır. Qazanılmış bu misilsiz zəfərlərdə şəhidlərimizin də payı vardır. Bu qələbəni, bu uğuru onlar bizə bəxş etmişlər. Bu gün onların ruhu şaddır. Ölməz şəhid ruhları böyük qələbəni bayram edən xalqımızla yeni zəfərlərə doğru inamla addımlayırlar. Qədirbilən Azərbaycan xalqı şəhidlərimizi bir an da belə, unutmur, arzularında, əməllərində yaşadır. Hər birimiz bu qəhrəman Vətən oğullarının ruhları qarşısında baş əyirik.
Yəhya PAŞAZADƏ