Anemiyanın bir çox müalicə üsulları vardır. Sizlərə qanazlığı zamanı çox faydalı qarışığın reseptini təqdim edirik: 1 kq qırmızı çuğundur, 1 kq bal, olmasa 750 qram şəkər tozu, 8-10 ədəd limon götürülür.
Əvvəlcə çuğundur soyulur və nazik-nazik dilimlərə doğranır, sonra limon da soyularaq (yaxşı olar, limonun yarısı soyulmasın, qabıqlı rəndələnsin) dilimlənir. Şüşə balona əvvəlcə çuğundur dilimləri qoyulur, üstünə şəkər tozu səpilir, sonra limon, yenə də üzərinə şəkər tozu və ya bal əlavə edilir bə beləcə ərzaqların hamısı əlavə edilir, soyuducuda saxlanılır. 3-4 gündən sonra gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı içilir, mətli olan hissələr yeyilir.
Təklif edilən resept anemiyanın bütün növlərində, dəmir və mineral çatışmazlığında, yüksək xolesterində, qəbizlikdə istifadə olunur və ümumiyyətlə, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırmaq üçün əla bir vasitədir.