
Ququ quşları haqqında yəqin ki, eşitmisiniz. Qu quşu yox a, məhz ququ quşu. Bu quşları məşhur edən səbəb yumurtalarını başqa yuvaya qoymalarıdır.
Oxuduğum məlumata görə, zooloqlar buna yuva parazitizmi deyirlər. Sözügedən quşların bəziləri sərbəst yuva qurub yumurta qoysa da, bəziləri yumurtalarını başqa quşların yuvalarına qoyurlar və bu növlərə parazit növlər deyilir. Heç nədən xəbəri olmayan ögey ata və ana quşlar ququnun yumurtasını öz yumurtaları kimi qoruyur və bəsləyir. Ququ quşu oranı tərk etmiş olsa da, xislətən özünə oxşayacaq balasının taleyindən narahat deyil. Parazit quşun balaları adətən yuva sahibinin balalarından tez çıxır. Yumurtadan çıxandan sonra, xüsusi refleks yaranır və onlar yuva sahibinin yumurtalarını, yaxud da artıq onlarla eyni vaxtda çıxmış balalarını yuvadan atmağa başlayırlar. Bundan sonra, hər şeydən xəbərsiz olan ögey valideynlər təkcə ququ quşunun qatil balalarını yemləyirlər. Parazit ququ quşları böyüdükdən sonra öz valideynləri kimi başqa yuvalara yumurta qoymağa gedirlər.
Tale elə gətirib ki, biz də parazit millətlə, ermənilərlə qonşu olmuşuq. Və onların sayəsində biz də yuva, torpaq parazitizminin nə olduğunu yaxşı bilirik. Öz yuvasında balasının qatilini yemləyən quşlar kimi biz də zaman-zaman balalarımızın qatillərini yuvamıza almış, onları bəsləyib, böyüdüb bilməyərəkdən başqa yuvalarımızda, digər balalarımızı məhv etməyə yollamışıq. Amma yetər artıq. Bəli, biz humanistik, tolerantıq, qəlbiyuxayıq. Bu ölkədə heç bir millətin nümayəndəsi ayrıseçkiliyə məruz qalmır. Dövlət siyasətini kənara qoysaq belə, ta əzəldən xalq olaraq qaynayıb-qarışıb bir olmuşuq. Hərdən kimsə ortalığı qarışdırmağa cəhd etsə də, bunun qarşısı elə sadə insanlarımız tərəfindən alınıb, alınır və həmişə də belə olacaqdır. Biz torpaqlarımızı da bir yerdə qoruyuruq, biz vətənimizi də eyni sevgi ilə sevirik, xeyirimiz də, şərimiz də birdir.
Amma yuxarıda bəhs olunan parazit millət ki var, onlar heç vaxt düzəlməyəcəklər, bundan əmin olun. Ola bilər ki, biz yenidən bir yerdə yaşamalı olduq (Əgər onların buna üzü və cəsarəti olacaqsa). Bu, sonranın işidir. Fəqət bəzi tanınmışların tələm-tələsik gələcək haqqında yumşalmış fikirlər səsləndirməsi həqiqətən insanların əsəblərini tarıma çəkir. Biz bir yerdə yaşasaq belə, ehtiyatı əldən verməməliyik. Qoy bu qeyri-humanist addım olsun. Qoy bu ayrıseçkilik aydın hiss edilsin. Qoy kimlərsə bizi qınasın… Amma bilməliyik ki, bir daha inanmaq olmaz bu parazitlərə. Əlbəttə, döyüş meydanından kənarda, bir erməni körpəsinin burnunun qanamasına da səbəb ola bilmərəm. Ən azından, mən erməni deyiləm və payız vaxtı pəncərə toruna yapışıb qalmış, hamının iyrəndiyi milçəyi ovcuma alıb özünə gəlməsi üçün isti evə salacaq qədər həssasam. Lakin biryolluq anlamalıyıq ki, bu parazit millətlə bir ərazidə yaşamalı olsaq belə, onları evimizin içinə salacaq, qız verib-qız alacaq, yenidən güvənib doğmalıq göstərəcək qədər avam olmamalıyıq. Bizim şərtlərlə, bizim qanunlarla yaşaya biləcəklərsə, yaşasınlar,yaşaya bilməyəcəklərsə cəhənnəm olub getsinlər.
Bu günlərdə həmin parazitlər Kəlbəcərdən köçmək üçün əlavə müddət istədilər. Yenə də humanistlik göstərən biz olduq. Bu möhlət verildi onlara. Amma onların etdikləri nədir? Çıxdıqları evlərə od vururlar, əsgərlərimizin istifadə edəcəyini düşünərək ərzaqlara zəhər qatırlar, meşələrdəki ağacları doğrayıb aparırlar, məzarlığı vəhşicəsinə dağıdıb oradakı sümükləri ətrafa səpirlər, elektrik dirəklərinə qədər söküb dağıdır, apara bilmədikləri heyvanların başını kəsib məhv edir, eləcə ataraq gedirlər. Çünki, onlar özləri də yaxşı bilirlər ki, bu yerlər onların deyil. Bu yerlərə qayıtmaq şansları da yoxdur. Özgə atına minən tez düşər deyiblər. Lakin bunlar düşərkən də, zərbə vurmadan gedə bilmirlər. Hələ hədələyirlər, havanı, suyu zəhərləyəcəkləri ilə qorxutmaq istəyirlər. “Qarabağda erməni yaşamayacaqsa, heç kim yaşaya bilməyəcək” deyirlər. Budur onların xisləti, budur onların iç üzü. Hər fürsət düşdüyündə qisas almağa, heyf çıxmağa çalışacaqlar. Bu millətin özləri haqqında etiraflarını axtararkən Amerikada yaşayan erməni yazıçısı L.Z.Sürməliyanın bir kitabından götürülmüş fikirlərlə rastlaşdım: “Türklər və ermənilər arasında yaşanan ziddiyyətin əsas səbəblərindən biri Azərbaycan və Türkiyə xalqlarının humanizminə, qayğıkeşliyinə və vətənpərvərliyinə yönəlik erməni millətçilərinin aramsız qəddarlığıdır”. Bəli, bu tarixən belə olub və göründüyü kimi belə də davam edəcəklər. Odur ki, dərhal dostluq nəğmələri bəstələyib cəh-cəh vurmağa, onlarla əl-ələ verməyə tələsməyin.
Biz illərlə özümüzü unutqan, zəif, buradan oyadanda gedib o yanda yatan kimi qələmə verməklə içimizdə ruh düşkünlüyü yaratmışdıq. Biz özümüzə qarşı inamsız idik. Amma son zamanlar gördüklərimiz, yaşadıqlarımız bizim necə uca, necə böyük, necə güclü xalq olduğumuzu bir daha sübut etdi. Biz birliyi, bir-birimizə dəyər verməyi, çətin gündə yumruq kimi birləşib dəstək olmağı hamıdan gözəl bacarırıq. Döyüşdə nə qədər cəsarətli və qüdrətliyiksə, insan kimi də o qədər humanistik, böyükqəlbliyik. Amma biryolluq anlamalıyıq ki, parazit ququ quşları kimi, parazit ermənilərin də içindəki nifrət, qisasçılıq, fürsətcillik və torpaq iddiası heç vaxt yox olmayacaqdır. Odur ki, çomağınız əlinizdə olsun!
Məhsəti MUSA