Ağcabədidə qazi böyük coşqu ilə qarşılandı

Vətən müharibəsində xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin çağırışına qoşulub bir yumruq təki birləşdi. Birlikdə biz daha güclü olduq, qarı düşmənə döyüş meydanında qalib gəldik. İşğal altında olan torpaqlarımız igid oğullarımızın canı,qanı,sağlamlığı bahasına azad edildi.Onlar öz fədakarlıqları ilə Azərbaycan xalqına zəfər sevincini yaşatmağı bacardılar.

…İndi həyat yenidən öz təbii axarına qayıdır. Müharibə iştirakçıları, qazilər doğma evlərinə qayıdırlar. 8 dekabr 2020-ci ildə Qaravəlli kəndindən olan qazi Bayramlı Niyaz Knyaz oğlu doğma kəndlərinə qayıtdı. Kənd camaatı, rayon ictimaiyyəti onu böyük izdihamala, coşqu və alqışlarla qarşıladı. Qazimizi qarşılamağa gələn insanlar Azərbaycan Ordusunun  istənilən hərbi tapşırığı yerinə yetirəcək gücdə olduğunu dünyaya sübut etdiyindən söz açaraq qazanılan qələbədə onun da xidmətinin olmasından qürur hissi duyduqlarını dilə gətiriblər.

Daha sonra Qazi Niyaz Bayramlı onu qarşılamağa gələn insanlarla bərabər Vətən müharibəsində şəhid olmuş əzizi Xəzər Bayramovun məzarını ziyarət etdi.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com