Yaralı döyüşçülərimizin ziyarəti davam edir

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və rayon Hüquq Mühafizə orqanlarının rəhbərləri növbəti dəfə yaralı əsgər və həbiçilərə baş çəkiblər.

“Aran” xəbər verir ki, Şərəfxanlı kəndində Behbudov Seyhun Sehran oğlu, Sarvanlar kəndində Məhərrəmov Elvin Məhəmmədəli oğlu, Cəfərov Özal İbrahim oğlu ilə görüş zamanı İcra başçısı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşən vətən oğullarını tarixi qələbə münasibəti ilə təbrik edib, onların səhhətləri, o cümlədən istək və arzuları ilə maraqlanıb. O, bütün Azərbaycan xalqının Vətən müharibəsində iştirak edən hərbiçilərlə fəxr etdiyini bildirib. Ali Baş Komandanın böyük bacarığı və qətiyyəti sayəsində qələbə qazanan Azərbaycan Ordusunun şərəfli döyüş yolundan söz açan rayon rəhbəri dövlətimizin həmişə əsgərinin yanında olduğunu bildirib və yaralıların tezliklə sağalması üçün bütün səylərin göstərildiyini diqqətə çatdırıb. Ziyarət olunan yaralıların, o cümlədən xəstəxanada olan və ya yenidən hərbiyə qayıdan qazilərin ailələrinə ərzaq sovqatı və COVİD-19 əleyhinə fərdi qoruyucu vasitələr təqdim olunub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər