Dekabrın 12-si xalqımızın ümumilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Ölkəmizin hər yerində olduğu kimi Ağcabədidə də dahi liderimizin əziz xatirəsi ehtiramla yad edilmişdir. Ölkəmizdə tətbiq edilən karantin qaydalarına əməl etməklə, ulu öndərin abidəsi ziyarət edilmiş, abidənin önünə tər çiçək dəstələri düzülmüşdür.


