Büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi təklif olunur

Ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan növbəti bir addım bir daha göstərdi ki, vətəndaşlarımızın gözləntiləri hər zaman dövlətimizin diqqətindədir.

 “Əmək pensiyaları haqqında” AR Qanununun 19-cu maddəsinin ləğv edilməsinə səbəb odur ki, həmin maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir və həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəbdir. Bu məqsədlə, həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud AR Prezidentinin təqaüdləri ilə birləşdirilməsi, ikisinin əvəzinə müvafiq olaraq yeni AR Prezidentinin təqaüdlərinin təsis edilməsi təklif olunur. Eyni zamanda, pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir.

“Sosial müavinətlər haqqında” AR Qanununa dəyişikliklərin edilməsi ilə də bağlı bir sıra təkliflər irəli sürülür. Ötən ildən qanunvericilik islahatları çərçivəsində başlanmış sosial müavinətlərin məbləğlərinin optimallaşdırılması və növlərinin unifikasiya edilməsinin davam olaraq şəhid ailəsi üzvlərinə, şəhid uşaqlarına, Müharibə, 1990-cı il 20 Yanvar və Çernobıl AES əlillərinin uşaqlarına ödənilən sosial müavinətlər ləğv edilərək, müvafiq kateqoriya üzrə AR Prezidentinin təqaüdlərinin məbləğinin artırılması təklif olunur.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması – AR Prezidentinin Fərmanına dəyişikliklə bağlı AR Prezident təqaüdünün məbləğinin 1500 manatdan 1800 manatadək artırılmasıtəklif olunur.

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması – AR Prezidentinin Fərmanına dəyişiklik məsələsinə gəldikdə, şəhid ailəsi üçün (Əfqanıstanda həlak olanlar və 20 yanvar şəhidləri daxil olmaqla) AR Prezidentinin təqaüdünün məbləğinin 300 manatdan 500 manatadək artırılmasıtəklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar).

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması –  AR Prezidentinin Fərmanına dəyişiklikliyə gəldikdə isə, müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 230 manatdan 350 manatadək, III dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 210 manatdan 300 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar).

Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması – AR Prezidentinin Fərmanına dəyişikliklə bağlı ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün 100 manatdan 130 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar).

Böyük Vətən Müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması– AR Prezidentinin Sərəncamına dəyişiklik edilərkən Böyük Vətən Müharibəsi iştirakçılarına AR Prezidentinin təqaüdünün məbləğinin 150 manatdan 300 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar ).

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsinin qəbul edilməsi ilə I dərəcə gözdən əlilliyi olan şəxslərə yeni növ Prezident təqaüdünün təsis edilməsi ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat məbləğində pensiya əlavəsinin və 100 manat məbləğində Prezident təqaüdünün ləğv edilərək, həmin şəxslər üçün 210 manat məbləğində yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur.

“Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi ilə bağlı bu şəxslər üzrə (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) 120 (fəlsəfə doktorları) və 200 (elmlər doktorları) manat məbləğində pensiya əlavəsini ləğv edərək, onun əsasında eyni məbləğlərdə yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur.

Yekun məlumat. Dəyişiklik edildikdən sonra qanunun 19.1.1, 19.1.3, 19.1.5 və 19.1.8-ci maddələri üzrə mövcud təyinatlarda pensiya əlavəsi ödənişinin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə 110 manat, şəhidlərin ailə üzvlərinə 93,5 manat, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvünə,  siyasi repressiyaya məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə,  Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə pensiya əlavəsinin ödənişinin davam etdirilməsi təklif olunur.

“YouTube”da “Birgə Canlı Yayım” funksiyası olacaq

"TeamYouTube" "Twitter" hesabından paylaşılan tvitə görə, "YouTube" smartfonlarda "Birgə Canlı Yayım" funksiyasını gətirir. Bu xüsusiyyət, adından da göründüyü kimi,...

“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili...

Laçın-Xankəndi yolu: Aksiya gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların, könüllü...

FHN-in növbəti yardımları və xilasetmə qrupu Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar...

AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarılmasına başlayıb

Zəlzələ nəticəsində aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın Türkiyəyə və geri gələn sərnişinlərinə aviabiletlərin dəyərinin cərimə tətbiq edilmədən tam qaytarılmasına və ya ödənişsiz...

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb – YENİLƏNİB

22:40 Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb. “Aran” xəbər verir ki,...

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı həlak olub

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı - 1980-ci il təvəllüdlü Nailə Bünyatovanın həlak olduğu dəqiqləşib. Bu barədə məlumatı Azərbaycan Xarici...

Azərbaycanın xilasediciləri dağıntılar altından 11 nəfəri sağ çıxarıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində bu gün 11...

Konfrans Liqası: “Qarabağ”ın səfər oyununun biletləri satışa çıxarılıb

"Gent" Belçikada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb. "Aran" klubun rəsmi saytına...

Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti...

Şərhlər