22.8 C
Aghjabadi

Azərbaycanda bu avadanlıq və qurğuların idxalı vergidən azad edilir

Trend-in məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Belə ki, zərgərlik sənayesində islahatların aparılması, valyutanın xaricə axınının qarşısının alınması, bunun müqabilində qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi, onların fəaliyyətinin dəstəklənməsi məqsədilə qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə təsdiqedici sənəd əsasında dəzgah, avadanlıq və qurğuların idxalının – 2021-ci il yanvarın 1-dən 3 il müddətinə və külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, eləcə də idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz – 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad edilməsi təklif edilir.
Eyni zamanda, Kəlbəcər rayonunun işğaldan azad edildiyini və rayonun böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alaraq, sözügedən vergi güzəştləri Kələbəcər rayonunun qızıl ehtiyatının səmərli şəkildə istismar olunmasını təmin etməklə ölkə iqtisadiyyatına töhfə vermiş olacaqdır.

Xəbər lenti

Kəhrizli kəndində səyyar qəbul keçirilib

            Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbullarda rayonun müxtəlif kəndlərində yaşayan sakinlərlə görüşür, mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar...

Şəhid Toğrul Abbasovun anım günü qeyd edildi

            Torpağı Vətən edən, onu bütövləşdirən, bu amal uğrunda şəhadətə ucalan Vətən oğullarının sırasında Abbasov Toğrul Bayram oğlu da var idi. Sentyabrın...

Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib

https://www.youtube.com/watch?v=eo_JiDuoPAI

Şəhid Əmrah Mamedovun Anım günü qeyd olunub

            Sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhadətə ucalan Əmrah Mamedovun anım mərasimi keçirildi. Mərasimində Ağcabədi Rayon İcra...

Müstəqilliyimizin əbədi qarantı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı geniş çıxış edib. Dövlət başçısı qeyd edib ki, 27 sentyabr - Anım Günü bütün Azərbaycan xalqı şəhidlərimizin əziz...

Qızılyel xəstəliyinin hansı fəsadları ola bilər?

“Qızılyel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir. Qızılyel zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir”. Bu söləri Mayomed Fizioterapiya və...

Televiziyadan baxdığımız superliqa və ya bizimkilərə Türkiyədə niyə maraq yoxdur?

Ötən mövsümün sonlarına doğru Türkiyənin nəhəng klubları olan "Beşiktaş" və "Qalatasaray"ın məsul şəxslərinin Azərbaycandan futbolçu transfer edə biləcəklərini dilə gətirmələri yerli mediamızda...

Çox oxuyan, çox bilər

Nitq mədəniyyətinin formalaşmasında və söz ehtiyatının yaranmasında bilik mənbəyi olan kitablar əvəzedilməz rol oynayır. Son dövrlər təəssüf ki, kitaba münasibət xeyli dəyişib,...

Rayonda 2022-ci il yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmət və iaşə dövriyyəsi

2022-ci il yanvar-iyun aylarında rayon ərazisində ümumilikdə əhaliyə 32687.9 min manat ödənişli xidmət göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2021-ci ilin müvafiq...

Ucalaraq əbədiyyət zirvəsinə…

Ellər üçün can vermək də dedi, azdı,Həyatıyla ölümlərə məzar qazdı.Öz adından zamanlara zəfər yazdı,Tarixlərdə həmişəlik qaldı şəhid. Amalından günəş...

Şərhlər