20.2 C
Aghjabadi

Dövlət başçısı: “Azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir”

“Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır. Hazırda minalardan təmizləmə prosesi gedir. Bununla paralel olaraq şəhərsalma layihələri icra edilir. Şəhərsalma layihələri hazır olandan sonra biz artıq praktiki inşaat işlərinə start verəcəyik”.

Bu sözləri Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib:

“Burada infrastruktur layihələri ilə bərabər, mütləq nəqliyyat və texnologiyalar sahələri də diqqət mərkəzində olmalıdır. Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər geniş həcmlidir. Eyni zamanda, günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır.

Yaşıl enerji zonası ilə bərabər, kənd təsərrüfatında ən müasir texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə torpaqlar çox münbitdir, həm bitkiçilik, həm heyvandarlıq üçün çox böyük imkanlar var, çox böyük örüş sahələri var, orada kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı mütləq təmin edilməlidir. Biz bu işi indidən planlaşdırmalıyıq ki, məhsuldarlıq yüksək olsun”.

“Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, – yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik. Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumunda iştirakım zamanı onlarla şirkətlə görüşlərim olur, onların böyük əksəriyyəti texnoloji şirkətlərdir. Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir”, -deyə İlham Əliyev bildirib.

Xəbər lenti

Şəhid Hafiz Həziyevin anım mərasimi keçirildi

Il Qarabağ müharibəsində işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi əməliyyatlarında iştirak edən qəhrəmanlarımızdan biri də Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan...

Cəbrayıldan başlayan “Böyük Qayıdış”

         Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə yekunlaşdırdıqdan sonra dünyaya azad etdiyi torpaqlara necə sahibləndiyini, onu necə göz...

Avşar kəndində səyyar qəbul

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci il üçün sayca  30-cu səyyar qəbulu Avşar kəndində  keçirilib. Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı  aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və...

Şagirdlərə “18 Oktyabr Müstəqiliyin Bərpası Günü” adlı məruzə oxunub

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində şəhər ümumtəhsil məktəblərində məruzələrin davam etdirilir Oktyabr ayında keçirilən məruzələr Vətən muharisəsinin...

Bronxoektaziya xəstəliyində niyə müalicəvi idman terapiyası mütləqdir?

Bronxoektaziya – bronxların patoloji genişlənməsi ilə xarakterizə olunan iltihabı xəstəlikdir. Bronxoektaziya əksər hallarda ağciyərin bir çox xəstəliklərinin (vərəm, xroniki abses və bir...

4 Oktyabr Yaddaşlarda qalan tarixi gün

Azərbaycan Ordusu 44 gün ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər yürüşünü uğurla, şərəflə və qətiyyətlə davam etdirdi, daim irəli getdi,...

Ağcabədidə 5 Oktyabr – Müəllimlər Günü qeyd olundu

Ağcabədi rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə ulu  öndər Heydər Əliyevin abidəsini ziyarət edib...

Müəllimlər təltif olundu

5 oktyabr Müəllimlər Günü ilə bağlı növbəti tədbir  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində keçirilib. Çağırışa qədər...

Böyük Qayıdış Cəbrayıldan başlamışdır

           Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizi, Qarabağ ərazisi və ətraf...

Ağcabədidə “Zəfərin ilk müjdəçisi – Cəbrayıl“ adlı dəyirmi masa keçirilib

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Zəfərin ilk müjdəçisi - Cəbrayıl“ adlı dəyirmi masa keçirilib. Ağcabədi şəhər 3 nömrəli...

Şərhlər