30.2 C
Aghjabadi
Bazar ertəsi, May 23, 2022

İşğaldan azad olunan ərazilərdə 10 seysmik stansiya quraşdırılacaq

“Bu il Şuşa və Cəbrayılda seysmik stansiyaların quraşdırılması üçün qiymətləndirilmə aparılacaq”.

Bunu Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. 

O bildirib ki, mərkəz tərəfindən növbəti beş ildə işğaldan azad edilmiş ən azı iki rayonda seysmik stansiyaların açılması planlaşdırılır:

“Bilirsiniz ki, həmin ərazilərin əksəriyyəti minalanıb. Müvafiq icazə verilən kimi ərazidə qiymətləndirilmə aparılacaq. Seysmik stansiyaları istənilən yerdə quraşdırmaq olmaz. Mütəxəssislər əraziyə baxış keçirilməlidir. Çünki avadanlıqların parametrləri strukturla uyğun olmalıdır. Qiymətləndirilmə aparıldıqdan sonra yer seçiləcək və seysmik stansiyalar quraşdırılacaq.

Hazırda RSXM-də avadanlıqlar var. Torpaqlarımız işğaldan azad olunduğu üçün avadanlıqları həmin ərazilərdə quraşdırmağa qərar verdik”.

V.Rafiqqızı əlavə edib ki, erməni işğalından əvvəl Ağdam, Cəbrayıl, Kəlbəcərdə seysmik stansiyalar olub:

“Qarabağ seysmik zonadır və uzun illər idi ki, tədqiqatlar aparılmırdı. 2022-ci ildə Kəlbəcər və Qubadlı rayonlarında seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur. 2023-ci ildə Zəngilan, Laçın, Tərtər (Talış kəndi), növbəti illərdə isə Ağdərə və Xankəndidə seysmik stansiyaların quraşdırılması planlaşdırılır.

Ümumilikdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq. Ağdam və Füzuli rayonlarında isə seysmik stansiyalarımız var. Həmin stansiyalar fəaliyyətini davam etdirdiyi üçün orada yeni stansiyaların quraşdırılması planlaşdırılmır”. 

Xəbər lenti

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

Şərhlər