23.3 C
Aghjabadi
Çərşənbə axşamı, May 24, 2022

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521; 2018, № 2, maddə 189, № 3, maddə 449, № 4, maddələr 662, 682, № 8, maddə 1688, № 9, maddə 1840, № 10, maddə 1985, № 11, maddə 2264, № 12 (I kitab), maddələr 2565, 2585; 2019, № 6, maddə 1009; 2020, № 6, maddə 705; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 noyabr tarixli 1187 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 11.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“11.6. Azərbaycan Respublikasının Mərkəzi Bankı – “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mərkəzləşdirilmiş kredit reyestrində qeydiyyata alınan şəxslər, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması ilə bağlı yüklülük sahibi, borclu və yüklülük verən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş icbari sığorta növlərinə dair bağlanılmış icbari sığorta müqavilələri üzrə sığortalılar, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması ilə bağlı mülkiyyətçilər, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən göstərilən elektron imzalar üzrə sertifikat xidmətlərindən istifadə edən şəxslər, məsafədən maliyyə xidmətlərinin əldə edilməsi üçün müraciət edən şəxslər, vergi, rüsum, gömrük yığımları, icarə haqqı və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılması və fiziki şəxslər, hüquqi şəxslər və dövlət qurumları arasında hesablaşmaların aparılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış informasiya sistemlərində ödəniş aparan və ya qeydiyyata alınan şəxslər Azərbaycan Respublikasının vətəndaşları olduqda ─ şəxsiyyət vəsiqələri üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər, o cümlədən qaçqın vəsiqəsi üzrə məlumatlar;”.

2. 11.7-ci bənd ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 yanvar 2021-ci il.

Xəbər lenti

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

Şərhlər