İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strukturuna daxil olan Ağcabədi filialı fəaliyyətə başlayıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədilə agentliyin strukturuna daxil olan Ağcabədi filialı fəaliyyətə başlayıb. Bununla da agentliyin fəaliyyət göstərən filiallarının sayı 8-ə çatıb.Belə ki, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Quba, Şamaxı, Şirvan və Lənkəran filialları agentliyin İdarə Heyəti tərəfindən müəyyən edilmiş inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərirlər.Agentliyin Ağcabədi filialı Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarını əhatə edir.İcbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaratmaq, sistemi əhali üçün əlçatan etmək və digər bu kimi məsələlər filialların fəaliyyət istiqamətləridir.Filiallara rəhbərlik edən şəxslər, filialların əhatə etdiyi inzibati ərazilərdə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin, həkim və orta tibb işçilərinin sayı və s. barədə ətraflı məlumatlarla agentliyin saytında yerləşdirilən interaktiv xəritədən tanış ola bilərsiniz.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər