2.1 C
Aghjabadi

Koronavirus peyvəndindən hansı hallarda imtina edilməlidir?

Kəskin respirator xəstəliyi olan insanlar, COVID-19 testinin cavabı müsbət çıxanlar, postkovid vəziyyətdəkilər, həmçinin IgM anticisimləri olanlar və ağır xəstəlikdən əziyyət çəkənlər peyvənddən imtina etməlidirlər.

Lenta.ru-nun məlumatına görə, bu barədə Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova xəbərdarlıq edib.

“Məsələn, anticisimlər üçün qan analizi vermisiniz. Əgər orqanizmdə “M immunoglobulinləri” tapılıbsa bu, immun cavabınızın formalaşmağa davam etdiyini göstərir. Yəni, PZR testiniz mənfi çıxsa belə, bədən virusla təmasdadır. Bəlkə də virus “gizlənib”, bağırsaqlarda və ya başqa bir yerdə “oturur”. Bu vəziyyət persistensiya adlanır”, – deyə bioloq izah edib.

Mütəxəssis bildirib ki, orqanizmdə IgM olmadan yalnız IgG anticisimlərinin olması isə “postkovid vəziyyət”dir:

“IgG varsa peyvəndləməyin heç bir mənası yoxdur. Bu halda yaxşı olar ki, vaksin növbəsi başqasına ötürülsün”, – deyə professor tövsiyə edib.

Ança Baranova immunosupressiya və ya dağınıq sklerozu olan insanların da peyvənddən imtina etməli olduğunu vurğulayıb.

Xəbər lenti

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Şərhlər