2.5 C
Aghjabadi

Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda baş tutan aksiya İspaniyada mükafata layiq görüldü

“LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisinin Madrid şəhərində yerləşən mənzil-qərargahında ətraf mühitin qorunmasına töhfə vermiş ölkələrin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ildə Azərbaycanda elan olunmuş “Nəsimi ili” çərçivəsində bir gündə 650 min ağacın əkilməsi aksiyasını yüksək qiymətləndirərək, buna görə ölkəmizi mükafata layiq görüb. Təşkilatçılar Azərbaycan tərəfindən planetimizin yaşıllaşdırılmasına və karbon-dioksid qazının həcminin azaldılmasına verilən töhfəni təqdir ediblər.

Sözügedən mükafatı ölkəmiz adından qəbul edən səfir Anar Məhərrəmov mükafata görə “LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisinin prezidenti Xayme de Xaraisə təşəkkür edib. O, respublikamızda ətraf mühitin, fauna və flora ehtiyatlarının qorunmasının əsas prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Tədbirin təşkilatçılarına və iştirakçılara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə bu sahədə həyata keçirilən layihə və aksiyalar barədə ətraflı məlumat verilib. Bu nəcib aksiyaların qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, ölkəmizdə, eyni zamanda, dünyada yaşıllığın artmasına verdiyi əhəmiyyətli töhfədən bəhs edilib.

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən hələ 2007-ci ildən etibarən ölkəmizdə ətraf mühitin mühafizəsi məqsədilə “Hərəmiz bir ağac əkək!” aksiyasının həyata keçirilməyə başlandığı qeyd olunaraq, sözügedən layihə çərçivəsində ölkə ərazisində bir milyondan çox yeni ağacın əkildiyi diqqətə çatdırılıb.

Respublikamızda ətraf mühitin qorunması ilə bağlı geniş məlumatlandırma kampaniyası aparan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ildə fəaliyyətə başlamış IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin ölkəmizin yaşıllaşdırılmasında əhəmiyyətli rolundan bəhs olunaraq, IDEA-nın BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birlikdə “Yaşıl həftə” təşəbbüsünün uğurla həyata keçirildiyi, IDEA tərəfindən müxtəlif ölkələrdən olan gənc ekoloqların şəbəkələşməsinin təmin edildiyi diqqətə çatdırılıb.

Tədbir zamanı Çili və Çex Respublikası da ətraf mühitin qorunmasına verdikləri töhfəyə görə müvafiq mükafata layiq görülüblər.

Xəbər lenti

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Şərhlər