Vətən Müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib-RƏSMİ+FOTOLAR

Ağcabədi rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynovun Sərəncamına
əsasən rayonumuzdan olan bütün şəhidlərin xatirəsi əbədiləşdirilir. Onların adlarının
şəhər və kəndlərin küçələrinə verilməsinə başlanılıb.

Aranqazeti.az bildirir ki, 29 yanvar 2021-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Media nümayəndələri, şəhər sakinləri və şəhidlərin ailə üzvlərinin iştirakı ilə şəhər ərazisində yerləşən ayrı-ayrı küçələrdə advermə mərasimləri keçirilib.

Vətən Müharibəsi şəhidləri Xəyal Həziyev, Mirəli Hüseynov, Məhəmməd Məmmədov və Həsən Süleymanovun adları küçələrə verilərək, xatirələri əbədiləşdirilib. Həmin küçələrdə şəhidlərin ad və tərcümeyi hallarını əks etdirən xatirə lövhələri vurulub. Advermə mərasimlərində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, şəhidlərin ailə üzvləri, yaxınları çıxış ediblər. Şəhidlərin adlarını daşıyan küçələrdə yerləşən lövhələrin önünə tər çiçəkdəstələri qoyulub.


Ağcabədi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi rayon sakinləri tərəfindən
böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanmışdır.

Qeyd edək ki, rayonumuzda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi davam etdirilir.

Türkiyədəki zəlzələ ilə bağlı yardım toplama məntəqəsi yaradıldı

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərər çəkən insanlara humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. “Qafqazinfo” səfirliyə istinadən xəbər verir...

XRİTDX: “Mayda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq”

Bu il mayın 1-dən Azərbaycanda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq. "Report" xəbər verir ki, bunu Xüsusi Rabitə...

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə...

DYP sürücü və piyadalara çağırış edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib. İdarədən "Report"a daxil olan açıqlamada deyilir:

Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən “Report”a bildirilib ki, zərərçəkənlərin əsasən qış...

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi – Fotolar

Prezident İlham Əliyev fevralın 7-də Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb – YENİLƏNİB

10:50 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə yüksəlib. “Aran” Türkiyə KİV-lərinə istinadən bildirir.

Energetika naziri Beyləqanda vətəndaşlarla görüşəcək

Energetika naziri Pərviz Şahbazov fevralın 24-də Beyləqan, Ağcabədi, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki,...

Azərbaycan Türkiyəyə tibbi ləvazimat və 34 nəfərlik tibbi heyət olan daha iki təyyarə göndərib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Quş qripinə qarşı monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Şərhlər