Ağcabədi rayonunun gözəl guşələrindən
biri də Ağ göl Milli Parkıdır. Bu ərazi park
elan ediləndən sonra burada məskunlaşan
quşların sayı artmışdır.




Qış mövsümündə Milli Parkda ümumi sayı 500 mindən artıq
olan 140 növdə quş məskunlaşır. Bu quşların 30 növünün adı Azərbaycanın “Qırmızı
kitabı”na daxil edilmişdir. Parkın ərazisində
məməli heyvanlar da yaşayır.