“Aran” qəzeti Ağcabədi şəhidlərini daha geniş auditoriyaya tanıtmaq, onların
xatirəsini yaşatmaq üçün “Cəsarət mülkünü tikti şəhidlər” adlı videomüsabiqə elan edir.
Müsabiqənin şərtləri:
- Videoçarxlar 5 dəqiqədən artıq olmamalıdır;
- 1 videoçarx yalnız 1 şəhidə həsr olunmalıdır;
- 1 iştirakçı yalnız 1 videçarx təqdim edə bilər;
- Videoçarxda şəhidin adı, soyadı, ata adı, doğulduğu yer və döyüş yolu haqqında
qısa məlumat qeyd edilməlidir; - Müsabiqə iştirakçıları arasında yaş məhdudiyyəti yoxdur;
- İştirakçı videoçarxla bərabər özü haqda qısa məlumatı da (ad, soyad, ata adı,
doğum tarixi, ünvan və əlaqə nömrəsi) göndərməlidir. - Videoçarxlar 31 mart 2021-ci il tarixədək təqdim edilməlidir.
Videoçarxlar münsiflər heyəti tərəfindən dəyəndiriləcəkdir. Bundan əlavə, sosial
şəbəkədə paylaşılacaq və ən çox izləyici münasibəti qazanan 3 çarxın sahibinin hər
birinə əlavə 5 xal veriləcəkdir ki, bu xallar münsiflər heyətinin verdiyi xallara əlavə
olunacaqdır.
Qaliblər 1-ci, 2-ci və 3-cü yer olmaqla mükafatlandırılacaqdır. Videoçarxlar aşağıdakı
ünvana göndərilməlidir:
[email protected]
Tel: (021) 275-02-76
Mob: (050) 547-34-18
Whatsapp: (055) 897-87-75