Ağcabədi rayonunda birmərtəbəli evdə yanğın baş verib

Ağcabədi rayonunda birmərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayonun Hacıbədəlli kəndində ümumi sahəsi 65 kvadratmetr olan kürsülü birmərtəbəli evin bir otağının 32 kvadratmetrlik hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər