Ağcabədi rayon İcra hakimiyyəti, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyi və
Ağcabədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan
Gəncləri gününə və şanlı Milli Ordumuzun zəfərinə həsr olunmuş videokonfrans
keçirilib.
Tədbirdə Vətən müharibəsi iştirakçıları, təhsil, səhiyyə, mədəniyyət, media və digər
sahələrdə çalışan gənclər, könüllülər iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan Ağcabədi rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin
sədri Ceyhun Mamedov iştirakçıları salamlayıb, onları təbrik edib. Natiq qeyd edib ki,
əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günü hər il ölkəmizdə, eləcə
də rayonumuzda böyük ruh yüksəkliyi ilə qeyd olunur. Bu gün vətənimizin gələcəyi olan
gənclərimiz yüksək vətənpərvərlik ruhuna, mübarizlik keyfiyyətlərinə malikdir. Onlar
Vətən müharibəsində nəyə qadir olduqlarını bir daha sübut ediblər. Qəhrəman
gənclərimiz Milli Ordu sıralarında mərdliklə vuruşaraq Azərbaycanın düşmən üzərində
parlaq qələbəsini təmin ediblər. Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx
birləşən Azərbaycan gəncləri hər bir sahədə sözlərini deyir, xariqələr yaradırlar.
C.Mamedov qeyd edib ki, respublikada uğurlu gənclər siyasəti həyata keçirilir. Gənclər
dövlətimiz tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar. Bunun nəticəsində
gənc oğlan və qızlar hərtərəfli inkişaf edir, möhtərəm Prezidentimiz İlham Əliyevin
gerçəkləşdirdiyi sosial-iqtisadi quruculuq işlərində fədakarlıqla çalışırlar. Yüksək diqqət
və qayğıdan ruhlanan bütün ölkə gəncləri kimi rayonumuzun gəncləri də dövlətimizin
daxili və xarici siyasətini dəstəkləyir, vətənimiz naminə əllərindən gələnləri əsirgəmirlər.
ideokonfransda söz alan rayon Gənclər və İdman idarəsinin rəisi Rüfət Quliyev, qazi
Cavid Allahverdiyev, Gənclərin İnkişaf və Kariyera Mərkəzi Ağcabədi nümayəndəliyinin
direktoru Əli Əhmədov, Ağcabədi rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin
nümayəndəsi Hacı Cavadov və başqaları çıxış edərək rayon gənclərinin təhsil, idman,
quruculuq işlərində qazandıqları uğurlardan, II Qarabağ savaşında göstərdikləri
qəhrəmanlıqlardan ətraflı danışmış, öz xatirələrini bölüşmüş və qarşıda duran
vəzifələrdən söz açmışlar.
Videokonfransın sonunda şəhidlərə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.