17.6 C
Aghjabadi
Cümə, May 20, 2022

Süni mayalanma mütəxəssislərinin hazırlanması üçün yeni təlim başlayır

Kənd Təsərrüfatı Nazirliyi süni mayalanma mütəxəssislərinin hazırlığı üçün yeni təlimə başlayır. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) icra etdiyi layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, 5 günlük təlim fevralın ilk həftəsində Göygöldəki Respublika Süni Mayalanma Mərkəzində keçiriləcək. Təlimdə iştirak üçün Ağdaş, Ağcabədi, Bərdə, Qusar, Sabirabad, Zaqatala, Lənkəran rayonlarından baytar həkimlər və zootexniklər müraciət ediblər. COVID-19 pandemiyası ilə əlaqədar olaraq, təlimlər kiçik qruplar şəklində ardıcıl təşkil ediləcək.

Mütəxəssis hazırlığı əhalinin heyvan mənşəli məhsullara tələbatını ödəmək üçün daha məhsuldar heyvanların yetişdirilməsi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə atılan addımların tərkib hissəsidir. Ölkədə damazlıq heyvan alışına 60 faiz dövlət güzəşti ilə yanaşı, süni mayalanma ilə doğulan hər buzova görə fermerlərə 100 manat subsidiya ödənilir. Fermerlərin təsərrüfatlarını inkişaf etdirməkləri üçün böyük ehtiyac duyduqları süni mayalanma mütəxəssislərindən yüksək hazırlıq tələb olunur. Həm ana heyvanın, həm də doğulacaq balanın sağlamlığı əsasən mütəxəssislərin bilik və bacarıqlarından asılıdır.

Təlimdə iştirakçılara nəzəri biliklər öyrədilməkdən əlavə, canlı heyvanlar üzərində praktiki bacarıqlar qazanmaq imkanı da yaradılacaq.

İndiyədək FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində süni mayalanma mütəxəssisləri üçün 4 təlim keçirilib. Baytarlıq və zootexniklik üzrə ixtisaslara yiyələnmiş şəxslərin özünüməşğulluq fəaliyyəti üçün bu təlimlərin böyük töhfəsi müşahidə edilir. Mütəxəssislərin fəal iştirakına nail olmaq məqsədilə təlimləri uğurla başa vuran texniklər fəaliyyətlərini fasiləsiz davam etdirməkləri üçün sertifikat, süni mayalanma ləvazimatları ilə təmin olunacaqlar.

Təlim iştirakçılarına qalmaq, yemək və istirahət üçün şərait dövlət tərəfindən təmin edilir.

Xəbər lenti

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Mehrablıda səyyar qəbul

            Ağcabədi sakinlərinin təklif, müraciət və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin baçısı Rafil Hüseynov növbəti...

Şərhlər