Vaksinasiyada mütləq olaraq ədalət prinsipi qorunmalıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Abşeron Rayon
Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılış mərasimində iştrak edib.
Həmin mərasimdə geniş nitq söyləyib. Qeyd olunub ki, səhiyyə sisteminin inkişafı
dövlətin strateji vəzifəsidir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının
inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin
növbəti sübutudur. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150
çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın
aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya,
pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət
göstərəcək.

DCIM\100MEDIA\DJI_0006.JPG


Yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir.
Son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm
memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Bu xəstəxanada
vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar
burada quraşdırılıb. Xəstəxananın inşası onu göstərir ki, bu sahədəki fəaliyyət ardıcıl
şəkildə davam etdirilir. Ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir.
Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə
təmir edilib. Səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu ən yüksək
standartlara cavab verir. Azərbaycan tədricən icbari tibbi sığorta sisteminə keçir.
Pilot layihələrin ilkin icrası müsbət nəticələr göstərir. Pilot layihələrlə əhatə olunmuş
üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların
məmnunluğu yüksək səviyyədədir. İnsanların sağlamlığını əsas tutaraq dövlət 5
milyon vətəndaşı tibbi müayinədən keçirtdi. Böyük təşkilatçılıq və maliyyə resursları
tələb edən dövlətin bu addımı insana göstərilən qayğının təcəssümüdür.
Göstərilib ki, peşəkar təşkilatlanma və görülmüş qabaqlayıcı tədbirlər
nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı alındı.
Bununla əlaqədar Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görür. Azərbaycan
vəziyyəti bütün dövrlərdə, yəni, bir il ərzində nəzarətdə saxlamağa bacardı. Burada
əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki
pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə
bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Bütövlükdə 2
milyon 400 min test keçirilib. Eyni zamanda, pandemiya dövründə ilk günlərdən
modul tipli xəstəxanaların ölkəyə gətirilməsi prosesi başlandı. Modul tipli
xəstəxanaların sayı 13-ə qədər çatdırıldı.

Görülmüş işlər sayəsində pandemiya ilə mübarizədə “Azərbaycan modeli”
ifadəsi beynəlxalq münasibətlərinin siyasi gündəminə daxil olub. Beynəlxalq
təşkilatlar Azərbaycanın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirirlər.
Azərbaycan pandemiya dövründə öz “məsuliyyətli ölkə” statusunun qorunmasına
müvəffəq oldu.
Əhalinin vaksinasiyası ədalətli şəkildə təşkil olunmasından danışan ölkə
rəhbəri bildirib ki, vaksinasiyada mütləq olaraq ədalət prinsipi qorunmalıdır.
Vaksinasiya Avropada, hətta müttəfiqlər arasında münasibətlərdə ziddiyyətlərə
səbəb oldu. Böyük Britaniya bu vaxta qədər Avropa İttifaqının üzvü idi və Avropa
İttifaqı ölkələrini Böyük Britaniya ilə çoxəsrlik tellər bağlayır. Eyni zamanda, bu

2
ölkələr NATO-nun üzvləridir və onların arasında belə qalmaqal, əlbəttə ki, bir çox
suallar doğurur. Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki,
onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər
gedir. Bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox
faciəvi fəsadlara gətirib çıxara bilər. Odur ki, bütün məsələlərdə olduğu kimi,
vaksinasiyada da ədalət prinsipinə riayət olunmalıdır. Azərbaycan Cənubi Qafqazda
vaksinasiya işlərinə start verən ilk ölkədir. Azərbaycan pandemiyanın ilk günlərindən
işlərini düzgün qurmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla
təmaslar qurulmuşdur. Ölkəmiz COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti
ilə vaksinlər ölkəmizə gətiriləcəkdir. Azərbaycan artıq 4 milyon doz vaksin sifariş edib
və onların ölkəmizə gətirilməsi təmin edilib. Yanvarın 18-dən başlayaraq
Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Avropa
İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni, bir aydan sonra artıq
Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar.
Kanada vaksin defisiti yaradır. Bu ölkə 154 milyon əhali üçün vaksinlər sifariş
edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, Vətən
müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi,
Azərbaycanın haqq işinə kölgə salmaq istəyirdi və hətta “Bayraktar” pilotsuz uçuş
aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo
qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu
verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, əhalisinin sayından dörd dəfə çox.
120 milyon insana vaksin çatmayacaq. Onlar xəstələnəcəklər, öləcəklər. Bunlar
ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər.
Natiq qeyd edib ki, Vətən müharibəsi zamanı dünya ictimaiyyəti erməni
vandalizminə şahidlik edib. Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal
edərək bütün infrastrukturu dağıdıb.
Beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bunun üstünü
örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb
etməlidir. Məhz buna görə biz oraya jurnalistləri, diplomatik korpusun
nümayəndələrini dəvət edirik. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs
görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini
məhv etmişik, erməni vəhşiliyini məhv etmişik.
Ermənilər elə hesab edirdilər ki, bütün evlər yerlə-yeksan edilərsə,
azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Onlar maddi-mənəvi, tarixi
dəyərlərimizi məhv ediblər. Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstlərini
gülləbaran etmək üçün gərək adamın ürəyində nə qədər nifrət olsun, nə qədər
düşmənçilik olsun, özü də kimə? O xalqa ki, sənə burada yer verib. Sən burada yuva
salmısan. Sənin üçün yad olan torpağa, Qarabağa köçürülmüsən, Anadoludan,
İrandan köçürülmüsən, gəlmisən, sənə burada qucaq açıb Azərbaycan xalqı, çörək
verib. Sən çox sağ ol əvəzinə, 1992-93-cü illərdə bütün binaları dağıdırsan,
məscidləri dağıdırsan, təhqir edirsən. Müasir dünya ikinci belə vəhşilik görməmişdir.
Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları,
məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən
çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. İllər keçdikcə bu tarixi
xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək.

3
İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərindən danışan Prezident
İlham Əliyev bildirib ki, həmin ərazilərin bərpası ilə bağlı bir çox önəmli qərarlar qəbul
edilib, qərargah yaradılıb. Bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir.
Çünki kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq
istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və
qəbuledilməzdir. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özünə yeni ofis
yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son
qoyulmalıdır.
İlk növbədə, yerli qurumlar dağıdılmış bütün evlərin pasportlaşdırılmasını
aparmalıdır. Video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma aparmalıdır. Hər bir
binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu
olmalıdır. Bu məlumatlar veriləcək cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri
tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar
Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər.
İşğaldan azad olunmuş torpaqlarda böyük infrastruktur layihələri icra
edilməlidir. İnfrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol
yoxdursa necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Artıq qurumlar işləyirlər,
bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox – “ağıllı şəhər”
konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir.
Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir.
Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər,
mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə
deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək kim oraya gedəcək?
Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və
bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də
dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin
mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən
sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki, dağılıb, bütün binalar dağılıb. Bir
keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də
xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası.
Orada başqa bina yoxdur.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com