14.6 C
Aghjabadi
Çərşənbə axşamı, May 24, 2022

ADPU-da Gənclər Günü ilə bağlı onlayn görüş olub

Fevralın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi 2 fevral – “Azərbaycan Gəncləri Günü” münasibətilə 2020-ci il ərzində universitetin ictimai fəaliyyətdə və tədrisdə fərqlənən tələbələri, o cümlədən tələbə təşkilatlarının rəhbərləri ilə onlayn görüş keçirib.

Universitetdən bildirilib ki, “Microsoft Teams” platformasında keçirilən görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli iştirak edib.

Görüşdə çıxış edən professor C.Cəfərov iştirakçıları Gənclər Günü münasibətilə təbrik edərək pandemiya dövründə ADPU tələbələrinin həm distant tədrisdə, həm ictimai-sosial sferada xüsusi fərqləndiyini qeyd edib. O, Vətən üçün bu günün fədakar tələbə-gənclərinin, sabahın qayğıkeş müəllimləri kimi yetişdiyini vurğulayıb. Çıxış edənlərdən professor F.Rzayev və dosent E.Aslanov son bir ildə ictimai və tədris sahəsində görülən işlərdən və əldə olunan müsbət nəticələrdən danışıb, bunun bariz nümunəsi kimi, ADPU-nun Tələbə Gənclər Təşkilatının (TGT) yaxın günlərdə “İlin TGT-si” seçilməsini, son iki imtahan sessiyasında da tələbələrin yüksək ÜOMG göstəriciləri ilə seçildiklərini ifadə ediblər. Tələbələr gənclər günü ilə bağlı öz təəssüratlarını bölüşüblər.

Sonra universitet rəhbərliyi tərəfindən son bir ildə tədrisdə xüsusilə fərqlənən 10 nəfər və ictimai fəaliyyətdə xüsusilə fərqlənən 15 nəfər tələbə Fəxri Fərmanla təltif olunub.

Qeyd edək ki, Gənclər Günü ilə bağlı tələbələrlə silsilə onlayn görüşlər və tələbələrin təltif olunması, o cümlədən ADPU-nun Şamaxı, Ağcabədi, Cəlilabad, Quba və Şəki filiallarında da keçirilib.

Xəbər lenti

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

Şərhlər