16 C
Aghjabadi
Bazar, May 29, 2022

“Bizi birləşdirən sənət” adlı onlayn görüş keçirib

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Bizi birləşdirən sənət” adlı onlayn görüş keçirilib.

Nazirlikdən bildirilib ki, görüşün məqsədi regionlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti ilə sıx əlaqə saxlamaq, onlarla işgüzar münasibətlər qurmaq, tədris ili ərzində “Açıq dərs” və ustad dərsləri təşkil etməkdən ibarət olub.

Görüşdə Gəncə, Sumqayıt, Abşeron, Şəki, Qəbələ, Qax, Zaqatala, Balakən, Laçın, Ağdam, Tərtər, Şamaxı, Qazax, Xaçmaz, Astara, Siyəzən, Şirvan, Ucar, Göyçay, Hacıqabul, Xızı, İmişli, Ağcabədi uşaq-gənclər inkişaf mərkəzlərinin təsviri sənət və əl işləri dərnəyinin rəhbərləri və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji kollektivi iştirak edib. Mərkəzin müəllimləri öz təcrübələrini iştirakçılarla bölüşüb, istedadlı dərnək üzvlərinin yaradıcılıq işləri nümayiş olunub, həyata keçiriləcək müsabiqələr barədə ətraflı məlumatlar verilib.

Həmçinin görüş zamanı “Qarabağ Azərbaycandır!” beynəlxalq onlayn rəsm müsabiqəsinin nəticələri, qalib rəsm işləri açıqlanıb, “Qarabağ Azərbaycandır!” başlığı altında 2021-ci il üçün stolüstü təqvimə layiq görülən istedadlı gənc rəssamların hazırladıqları rəsm işlərindən ibarət videoçarx nümayiş olunub.

Sonda mərkəzin müəllimləri regionlarda fəaliyyət göstərən müəssisələrin dərnək rəhbərlərini maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər