29.8 C
Aghjabadi
Şənbə, İyun 25, 2022

UNFPA Ağcabədidə yardım dəsti paylayıb

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi son münaqişə nəticəsində zərər çəkmiş bölgələrdə yaşayan mülki əhalinin humanitar ehtiyaclarının təmin edilməsi istiqamətində Azərbaycan hökumətinin səylərinə verdiyi dəstəyi davam etdirir. BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, UNFPA tərəfindən daha 1400 fərdi yardım dəstinin tədarük edilərək Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Göygöl, Goranboy, Gəncə və Mingəçevirdə yaşayan və həssas əhali qrupuna aid olan qadın və qızlara çatdırılması həyata keçirilib.

Sözügedən yardım dəstlərinin tərkibi qeyd olunan regionlarda fəaliyyət göstərən yerli Uşaq və Ailələrə Dəstək mərkəzləri və bir sıra qeyri-hökumət təşkilatlarının daha öncə birgə həyata keçirdiyi ehtiyacların qiymətləndirilməsi üzrə çalışmalar nəticəsində müəyyən olunub və əsas etibarilə qadın və qızlar üçün gündəlik gigiyenik vasitələri, eləcə də COVID-19 xəstəliyinin profilaktikası üçün nəzərdə tutulan ləvazimatlardan ibarətdir.

Qeyd edək ki, UNFPA tərəfindən oxşar fəaliyyət ötən ilin noyabr-dekabr aylarında qadınlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq kampaniyası çərçivəsində də həyata keçirilmişdir. Həmin dövrdə 400-dək yardım dəsti Ağdam və Tərtərdə müvəqqəti məskunlaşmış qadınlara paylanılmışdı.

UNFPA-nın Azərbaycandakı nümayəndəliyi sözügedən fəaliyyətlərin təşkilində verdiyi dəstəyə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə minnətdarlığını bildirir.

Xəbər lenti

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Şərhlər