2020-cı ilin mart ayının 16-da Ağcabədi RİH yanında Müraciətlərə Operativ Baxılma (MOB) Mərkəzi yaradılmışdır. Mərkəzdə Ağcabədi RİH-nin Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsindən 2, Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsindən 1, İctimai-Siyasi və Hümanitar məsələlər şöbəsindən 1, Memarlıq və Tikinti şöbəsindən 1, Hüquq şöbəsindən 1 nəfər, Könüllülərdən ibarət 2 nəfər əməkdaş fəaliyyət göstərir. Mərkəz zəruri informasiya texnologiyaları ilə təmin edilmişdir. Mərkəzin yaradılmasında əsas məqsəd rayon əhalisinin Ağcabədi RİH-ə olan müraciətlərinin operativ həll edilməsi olmuşdur. Ağcabədi RİH-i tərəfindən Mərkəzin əməkdaşları hətta ərazidə yaranmış hər hansı bir hadisəni yerindəcə həll edilməsi məqsədi ilə avtomobil və informasiya texnologiyaları avadanlıqları ilə ilə təmin edilir. Mərkəzin yaradılmasından qabaq Ağcabədi RİH-ə daxil olan müraciətlər 30 gün ərzində cavablandırılırdısa, Mərkəz yarandıqdan sonra vətəndaş müraciəti həmin və yaxud ən geci 2 gün ərzində cavablandırılır. Vətəndaşlar mərkəzə mobil, yaxud şəhər telefonları, Watssap və digər sosial şəbəkələr vasitəsi ilə müraciət edirlər. Müraciətlər mərkəzdə təmsil olunan Ağcabədi RİH-nin adiyyatı şöbələrinin əməkdaşları tərəfindən qəbul edilir, rayonun idarə və müəssisələrinin rəhbərləri ilə əlaqələndirilir və araşdırılaraq vətəndaşları narahat edən məsələlər yerindəcə həll edilir. Mərkəzin fəaliyyəti rayonun sosial-iqtisadi fəaliyyəti dövrü ilə yanaşı pandemiyanın geniş yayıldığı və 44 günlük Vətən müharibəsi dövrünü də əhatə etmişdir. Ölkəmizin bu ağır dövründə Mərkəz həm pandemiyanın, həm də Vətən müharibəsinin sərhəd rayonu olan rayonumuzun və qonşu Ağdam, Tərtər rayonunun əhalisinə yaratdığı çətinlikləri dərhal, ən geci 2 gün ərzində həll etmişdir.
Mərkəz yaradıldıqdan sonra Ağcabədi rayon İcra Hakimiyyətinə daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artmışdır. 2019-cu ilin mart ayından dekabr ayının 31-nə qədər rayon İcra Hakimiyyətinə 1342, 2020-ci ilin müvafiq dövründə isə 3190 müraciət daxil olub.
Ötən il edilmiş 1342 müraciətdən 254-ü müsbət, 145-i qismən həll olunmuş, 233-ü əsassız hesab edilmiş, 609 müraciətə isə müvafiq izahatlar verilmişdir. 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3190 müraciətdən 2419-u müsbət həllini tapmışdır. Həmin müraciətlər dərhal, ən geci 2 gün ərzində həll edilmişdir. Daxil olmuş 3190 müraciətin 252-si qismən həll edilmiş, 278-nə müvafiq izahat verilmiş, 241-i isə əsassız hesab olunmuşdur.
44 günlük müharibə dövründə cəbhə bölgəsi kimi rayonumuzun düşmənlə sərhəd kəndlərinin və qonşu Ağdam rayonu kəndlərinin sakinləri tərəfindən daxil olan 677 müraciətdən hamısı həllini tapmışdır. Hərbiçi ailələrindən daxil omuş maddi yardımla bağlı 7, əlil arabası ilə bağlı 1, hərbi qulluqçuların evlərinə təbii qaz xətti çəkilişi ilə bağlı 9 müraciətin 7-si müsbət həll edilmişdir.
Pandemiya dövründə ərzaq yardımı ilə bağlı Mərkəzə müraciət etmiş 507 nəfər rayon sakini ərzaq yardımı ilə təmin edilmişdir.
Mərkəz tərəfindən rayonumuzun fermer və sahibkarlarının çətinlikləri diqqət mərkəzində saxlanılmışdır.
Bu il suvarma suyu ilə bağlı yaranmış çətinliyə baxmayaraq, pambıq və digər əkin sahlərinin suvarılmasında onlara Mərkəzimiz tərəfindən yaxından köməklik olunmuşdur. Kanallar vasitəsi ilə suvarma suyu haqqında 308 müraciətdən 293-ü, subartezian vasitəsi ilə suvarma suyu barədə 164 müraciətin 153-ü, kənd təsərrüfatı ilə bağlı 137 müraciətdən (texnikaların verilməsi, becərmə, səpin subsidiyaların verilməsi) 124-ü həll edilmişdir. Belə ki, kanallar vasitəsi ilə suvarma suyu haqqında 308 müraciətdən 293-ü subartezian vasitəsi ilə suvarma suyu barədə 164 müraciətin 124-ü həll edilmişdir.
Şəkərli diabet, dialez və digər xəstəlikləri olan rayon sakinlərinin müalicə və dərmanlarla təminatı barədə 50 müraciətdən 47-si, su təchizatı, su sayğaclarının quraşdırılması, cərimələr ilə bağlı 40 müraciətdən 31-i, rayon sakinlərinin rabitə və internetlə təminat məsələləri ilə bağlı 35 müraciətdən 29-u, qaz təchizatı, qaz sayğaclarının quraşdırılması, cərimələr ilə bağlı 37 müraciətdən 32-si həll edilmişdir.

Mərkəzin fəaliyyəti Ağcabədi RİHB-sı cənab Rafil Hüseynovün daimi diqqət mərkəzində saxlanılır. Gün ərzində daxil olan məlumatlar günün yekununda hesabat formasında rayon rəhbərliyinə təqdim edilir və cənab başcı öz irad və tövsiyyələrini mərkəzə bildirir. Gün ərzində bəzi müraciətlərin həllində ciddi çətinlik yaranarsa biz bu barədə mərkəzdəki daxili telefonla rayon rəhbərinə dərhal məlumat veririk və rəhbərliyin müdaxiləsi ilə çətinlik həll edilir.
Mərkəzimizin əməkdaşları müasir informasiya texnologiyalarının üstünlüklərini mənimsəyərək idarəçilik metodlarının müasirləşdirilməsində əllərindən gələni edir və yaradılmış şəraitə görə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısına öz dərin minətdarlığımızı bildiririk.
“MOB”un fəaliyyəti dövrü ərzində 28 vətəndaşın Ağcabədi RİH-nin başçısı cənab Rafil Hüseynovla onlayn qaydada görüşü təşkil edilmişdir.
Fikrət Allahverdiyev,
Ağcabədi RİHB-aparatının Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin baş məsləhətçisi.