2.8 C
Aghjabadi
Bazar ertəsi, Yanvar 24, 2022

Azərbaycan məktəblərində psixoloq problemi

“Məktəb və psixoloq” deyəndə bəlkə də ağlınıza ya heç nə gəlmir, ya da hər gün
müəllimlər otağında sadəcə gördüyünüz və eşitdiyinizə görə psixoloq olduğu deyilən
şəxslər gəlir. Lakin bu ixtisasın nə dərəcədə əhəmiyyətli olduğunu elə bu peşənin əsl
sahibləri daha çox bilir. Bəs gəlin, baxaq: sadə dildə izah etsək, psixoloq kimdir və
niyə bu qədər əhəmiyyətlidir?
Əslində müasir dövrdə psixoloqlara bir çox sahələrdə- istehsalat müəssisələri,
idarəetmə orqanları, hərb, səhiyyə və digər bu kimi yerlərdə böyük ehtiyac var, çünki
cəmiyyət mövcuddursa, psixoloji mühit mövcuddur, lakin psixoloji mühitin ideal
vəziyyətdə olması təmin edilirmi? Hal-hazırki təhsil sistemində, əsasən də orta
məktəblərdə psixoloqlar mövcuddur, lakin hamısının fəaliyyəti heç də qaneedici deyil,
fikrimcə…
Məsələ bəzi psixoloqların heç ümumi psixoloji anlayışlarının olmamasıdır.
Araşdırmalarıma əsasən deyə bilərəm ki, respublikanın bir çox məktəblərində heç
psixoloq kabinet belə yoxdur. Və psixoloq olaraq bunları görmək mənə vahiməli gəlir.
Psixoloqların məktəbdə əhəmiyyəti nədir? Sadə misallarla izah edə bilərəm: niyə
məktəbli bullingə məruz qalır? Niyə məktəblilər arasında intihara cəhd və intihar
hallarının sayı artır? Niyə məktəblərdə geniş əhatəli konfliktlər (müəllim-şagird,
şagird-şagird, müəllim-valideyn) baş verir? Niyə çətin tərbiyə olunan uşaqlar məhz
çətin tərbiyə ediləcək həddə çatır və bir çox hallarda məktəbdən kənarlaşdırılır?
Birinci sinifdə uşaqların adaptasiya problemi niyə onların təhsildən yayınmasına
səbəb olur? Bəs özgüvən problemi olan şagirdlə fərdi şəkildə kimsə maraqlanırmı?
İxtisas seçimində şagirdlərə dəstək və məsləhət verilirmi? Bu kimi suallar elə
məktəblərdə psixoloqlarla bağlı onlarla problemin olmasından və peşəkar
psixoloqlara ehtiyacdan xəbər verir.
Psixoloq tibbi-psixoloji-pedaqoji şuranın üzvüdür. Bu şuranın fəaliyyətinə birinci sinfə
qəbul ediləcək uşaq haqqında qərar verməsi də aiddir. Lakin bir çox məktəblərdə bu
şuranın adı var…
Müasir dövrdə məktəblərdə intihar və intihara cəhd hallarının artması, yeniyetmələrin
düzgün ixtisas seçimi edə bilməməsi, müəyyən konfliktlərin yaşanması, məktəblilər
arasında lazımsız psixoaktiv maddələrə meyllərin olması, şagird cinayətinin artması,
erkən nikah və s. Bu kimi hallar məktəblərdə düzgün psixoloji xidmət göstərilmədiyi,
düzgün psixoloji mühitin təmin edilmədiyini göstərir. Bu gün məktəb psixoloqları elə
bir psixoloji mühit yaratmalıdır ki, şagird heç kəsə etibar edib demədiyi problemi
psixoloqla rahat bölüşə bilsin. Psixoloji maarifləndirmə, psixoloji konsultasiya,
psixoloji profilaktika yox səviyyəsindədir. İlk növbədə psixoloqlar kabinetlə təmin
edilməli, daha sonra psixoloji maarifləndirmə, konsultasiya və profilaktika tədbirlərinin
həyata keçirilməsi təmin edilməlidir.
Gələcəkdə inanıram ki, bu kimi problemlər aradan qalxacaq, psixoloqlara münasibət
dəyişəcək, “Psixoloq” deyəndə insanların fikrinə “dəli həkimi” deyil, cəmiyyətin ən
nüfuzlu ixtisas sahibləri gələcək. İnsanların düşüncəsində düzgün psixoloq obrazı
formalaşdırmaq biz gənc psixoloqların qarşısında duran ən böyük məqsəd və
vəzifələrdən biridir.

Lalə ƏLİYEVA

Xəbər lenti

Ağcabədidə keçirilən şahmat turnirində 65 idmançı mübarizə aparıb

Ağcabədi Uşaq Gənclər İdman Şahmat məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri başa çatıb. Ağcabədi Rayon Gənclər...

Azərbaycanda pambıq sahəsi üzrə – İLK AQRAR SIĞORTA ÖDƏNİŞİ AĞCABƏDİDƏ EDİLİB

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi üzrə pambıq sahələri üzrə ilk aqrar sığorta ödənişi edilib. Aqrar...

Ağcabədinin Sarıcalı kəndində inşa edilən yeni məktəb binası istifadəyə verilib

Yanvarın 21-də Ağcabədi rayon Sarıcalı kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik bina istifadəyə verilib. Binanın tikintisi Prezident İlham Əliyevin...

20 Yanvar

Təqvimdə qara rəngdədir uşaqlığımın qan yaddaşı 20 Yanvar. Bu tarix azadlıq uğrunda küçələrə axışıb imperiya ordusuna qarşı etiraz səslərini ucaldan mücahidlərin adını...

Tarix, millət qarşısında xidməti olan hər kəs xalqın qəlbində yaşayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin 18 yanvar 2022-ci il tarixdə açılışında iştirak edib. Dövlət...

Ağcabədi və ağcabədililər haqqında dəyərli nəşr

Kitabda sovet hakimiyyətinin ilk illərində Ağcabədidə yeni yaranmış siyasi quruluşa qarşı baş vermiş yerli üsyanlardan və sovetlər tərəfindən dinc əhaliyə edilmiş zülm...

Azərbaycan xalqının qəhrəmanlıq ruhu

Sizə təqdim etdiyim bu yazı M.F. Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseyin şagirdləri, nəvələrim Leyla Əliyeva və Əli Tunar Əliyevin arzularını...

İctimai Şura fəaliyyətini genişləndirir

         Son illər respublikamızda ictimai rəyin nəzərə alınması, dövlət idarəçiliyində və quruculuq işlərində onun rolundan səmərəli istifadə edilməsi istiqamətində önəmli addımlar atılır....

Ağcabədi Pedaqoji Kollecində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

20 Yanvar hadisəsi təkcə faciə deyil, eyni zamanda xalqımızın azadlıq istəyi,  öz müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.  Ağcabədi Pedaqoji Kollecində Qanlı Yanvar...

Eldəniz Qənbərov: “Gecə saat 12:00-dan başlayaraq şəhərə böyük texnika yeridildi. Göyün üzü işıq saçan güllələrlə dolu idi”

Xalqımızın qan yaddaşı olan 20 yanvar faciəsinin növbəti ildönümüdür. Əlbəttə, o dövrün hadisələri haqqında çox məlumatlar var, çox şahidlər danışıb. Amma hər...

Şərhlər