Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə zona-seminar müşavirəsi keçirilmişdir

9 fevral 2021-ci il tarixdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə
“COVİD-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı
mübarizənin gücləndirilməsi” mövzusunda zona-seminar müşavirəsi keçirilmişdir.
Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevin çıxışı ilə başlayan
seminar-müşavirə Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və
sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyovanın moderatorluğu ilə
davam etdi.
Seminar-müşavirədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin
müavini Tanrıverdi Aydınov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin (İSİM) nümayəndəsi Pərvin Quliyeva, digər məsul şəxs Rahim Novruzov
eləcə də 8 rayonun nümayəndələri çıxış etmişlər. Ağcabədi rayon Gənclər və İdman
İdarəsinin rəisi Rüfət Quliyev də mövzu ətrafında çıxış edərək narkomanlığa qarşı
mübarizənin vacibliyini vurğulamışdır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər