Ağcabədi rayon Heydər Əliyev Mərkəzində könüllülərlə bağlı tədbirlər davam etdirilir

08 fevral 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi
rayon Heydər Əliyev Mərkəzində mərkəzin könüllülərinin iştirakı ilə karantin rejiminin
tələbləri qorunmaqla növbəti tədbir həyata keçirildi.
Mərkəzin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva,
bələdçi vəzifəsi üzrə könüllü Ələsgərli Nərgiz Muxtar qızına Ulu Öndərin həyat və
fəaliyyəti haqqında ətraflı məlumat verdikdən sonra, ekskursiya zamanı ziyarətçilərlə
yaş qrupuna görə ünsiyyət qurulması və davranış qaydalarını izah etdi.
Heydər Əliyev Mərkəzindən verilən məlumata görə, 3 ay müddətində
könüllülərə mərkəzdə sənədlərlə işləmək, ekskursiya aparamaq, tədbirlərdə
təşkilatçılıq və digər işlər öyrədilir.
Qeyd edək ki, könüllü kimi fəaliyyət göstərmək istəyən şəxslər Heydər Əliyev
Mərkəzinə müraciət edə bilərlər.

Şərhlər