11 fevral 2021-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ağcabədi şəhər Məkan Qəhrəmanov küçəsindən keçən kanalın kənarında bükülmüş torbada ümumi sayı 450 ədəd 12,7 mm iriçaplı “Dektezyov” pulemyotunun mərmisi aşkar olunaraq götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.