14.6 C
Aghjabadi
Çərşənbə, May 25, 2022

FHN Ağcabədi və ətraf rayonlarda maarifləndirmə tədbirlərinə başlayıb

Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizə xüsusi icazə olmadan səfər edən mülki şəxslər arasında minaya düşərək həlak olan və ya yaralananlar var. Belə faciəvi halların baş verməsinin qarşısını almaq və əhalini işğaldan azad olunmuş ərazilərə qanunsuz səfərlərdən çəkindirmək məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərə yaxın yaşayış məntəqələrində maarifləndirmə tədbirlərinə başlayıb.

FHN-dən bildiriblər ki, Füzuli, Tərtər, Ağdam, Ağcabədi, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrində həyata keçirilən maarifləndirmə tədbirləri zamanı əhaliyə işğaldan azad olunmuş ərazilərdə hazırda minatəmizləmə əməliyyatlarının aparıldığı, bu ərazilərə indiki halda səfərlərin həyati təhlükə daşıdığı, eyni zamanda, bu cür qanunsuz səfərlərin hüquqi məsuliyyət yaratdığı izah olunur.

Maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.

Nazirlik bir daha insanları işğaldan azad olunmuş ərazilərə xüsusi icazə olmadan səfər etməkdən çəkinməyə çağırır, bunun həyat və sağlamlıq üçün təhlükəli olduğunu xatırladır.

Xəbər lenti

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

Şərhlər