15 C
Aghjabadi
Şənbə, May 21, 2022

“Gəncliyə Dəstək” ictimai birliyi “Region könüllüləri hərəkatı” adlı layihəyə başlayıb

“Gəncliyə Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region könüllüləri hərəkatı” adlı layihəsinin icrasını həyata keçirib. Layihə 90 gənc olmaqla – Zərdab, Ucar, Ağcabədi rayonlarında həyata keçirilib

Layihə çərçivəsində biri Ucar, biri Ağcabədi, dördü isə Zərdab rayonunda olmaqla ümumilikdə altı təlim keçirilib. Gənclərə poçt vasitəsilə materiallar (dəftər, qələm, qovluq, layihənin adı qeyd olunmuş xüsusi formalar) və sertifikatlar göndərilib. Gənclərin Sosial Xidmət Könüllüləri komandası yaradılıb. 

“Gəncliyə Dəstək” İB sədri Vəfa Xəlilli təlim iştirakçılarına Azərbaycan Gənclər Fondu haqqında məlumat verib, fondun gənclərə hər zaman dəstək olmasından danışıb. V.Xəlilli eyni zamanda “Gəncliyə Dəstək” İB-nin fəaliyyətindən və layihənin icrası, məqsədi haqda gənclərə ətraflı məlumat verib.

Layihənin məqsədi region və kəndli gəncləri sosial xidmət sahəsində könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan ibarət olub:

“Təlimlərimizə dəvət olunmuş Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının əməkdaşı Eldar Xəlilov altı təlim boyunca agentliyin fəaliyyəti və “Sosial Xidmətlər haqqında qanun”u gənclərin nəzərinə çatdırdı.

Layihədə iki təlimçimiz Rasif Qaçayzadə və təşkilatımızın idarə heyətinin üzvü Şəhriyar Şükürzadə könüllülüyün önəmindən danışdı. 

Təlimlərimizə eyni zamanda Zərdab rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov, Zərdab rayon Ailə və uşaqlara dəstək mərkəzinin rəhbəri Ləman Səfərəliyeva, “Həsən bəy Zərdabi irsinin təşviqi” təşviqat qrupunun üzvü Cəmil Əsədov, Ucar rayon Gİİ məsləhətçisi Nuru Piriyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi filialının nümayəndəsi Röyalə Yaqubzadə qonaq olub, çıxış edərək layihənin gənclər üçün önəmindən danışıblar. 

İştirakçılara elə gənclərimizin dilindən könüllülüyün önəmi aşılandı. Bu istiqamətdə könüllülərimiz – Elşən Vəlizadə “Aktiv könüllülük”, Tavus Xanlarlı “Könüllülük fəaliyyətinin gələcək həyatımıza və iş fəaliyyətimizə təsiri”, Aişə Əhmədova “Azərbaycanda karyera imkanları” mövzularında, Cavid İsayev, Elşən Şamilov, Ləman Nemətova uğurlu könüllülük yollarından danışıblar.

Təlim iştirakçıları – gənclər layihəsinin dəstəkçisi Azərbaycan Gənclər Fonduna və təşkilata təşəkkürlərini bildirdilər”.

Xəbər lenti

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Şərhlər