11 fevral 2021-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi Rayon Heydər Əliyev
Mərkəzi və Ağcabədi rayonunda fəaliyyət göstərən “Ələk” ədəbi məclisinin birgə
təşkilatçılığı ilə “Nizami dünyası” adlı videokonfrans keçirilmişdir. Zoom platforması
üzərindən təşkil olunan konfransda Ağcabədi yazarları, Mədəniyyət işçiləri və
dinləyicilər iştirak etmişdir. Videokonfransı giriş sözü ilə açan Ağcabədi rayon Heydər
Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva dahi
şair Nizami Gəncəvinin yaradcılığı haqqında ətraflı məlumat verərək bildiirb ki,
Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli
sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinin,
milli-mənəvi dəyərlərimizin təbliğinə və inkişafına həmişə xüsusi önəm verən
xalqımızın Ümummilli Lideri Heydər Əliyev Nizami Gəncəvinin yaradıcılığına da
layiqincə qiymət vermişdir.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ələk” ədəbi məclisinin
rəhbəri Məhsəti Musa, Ağcabədi Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nizami
Rza, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, Gündüz Sevindik, Xatirə Rəhimbəyli,
Yusif Kamal, Şahnaz Şahin (Prezident təqaüdçüsü) və digərləri çıxış edərək
bildiriblər ki, Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük
ədəbi şəxsiyyətlərdən biri olan görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi ölməz
əsərləri ilə dünya şöhrəti qazanmışdır. Dahi sənətkar Nizami Gəncəvinin ölməz
əsərləri həmişə gəncdir, aktualdır, bəşəridir və müasirdir. Nizami bütün zamanlar
üçün humanizmin, ədalətin, bərabərliyin böyük carçısıdır.
Çıxışlar zamanı o da vurğulanmışdır ki, Heydər Əliyevlə başlanan ənənələr
Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident
İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan Prezidentinin
2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi tarixi bir hadisədir. Bu gün hər bir
Azərbaycan vətəndaşı vətənpərvərlik hissi ilə yaşamalı, vətənin hər bir çağırışına hər
an hazır olmalıdır.