Ağcabədi sakininin əlində qumbara partladı

Ağcabədidə bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə dünən günorta saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, şəhər sakini Nicat Quliyevin əlində F-1 markalı əl qumbarası partlayıb.

Nəticədə, N.Quliyevin sol əli amputasiya olunub. Həkimlər hazırda yaralının vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər