11 fevral 2021-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdam
nümayəndəliyinin əməkdaşları Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi
rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
“Heydər Əliyev dövrünə ziyarət” layihəsi çərçivəsində təşkil olunan görüşdə
qonaqlara öncə Mərkəzin ekspozisiya zalında ümummilli liderimiz Heydər Əliyevin
həyat və fəaliyyəti haqqında eksponatlar əsasında geniş, dolğun məlumat verildi.
Daha sonra gənclər mərkəzin foyesində dahi liderimizin fəaliyyətini əks etdirən kitab
və jurnalların sərgisi ilə, həmçinin Mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işləri
ilə tanış oldular.
Sonda gənclərlə birlikdə xatirə fotosu çəkildi.