Ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar fevralın 15-dən uşaq bağçaları fəaliyyətlərini davam etdirəcəklər.
Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Ağcabədi rayonunda fəaliyyət göstərən bütün bağçalarda dezinfeksiya işləri aparılır, geniş təmizlik, tibbi-profilaktik işlər görülür.
Bağçalar tibbi maskalar, əlcəklər, dezinfeksiya məhlulları ilə də təmin edilib.
Eyni zamanda bütün əməkdaşlar COVİD-19 testindən keçmişdir.