Ölkəmizin hər yerində olduğu kimi Ağcabədi rayonunda da koronavirusa
(COVİD-19) qarşı vaksinasiya tədbirləri həyata keçirilir. 21 yanvar 2021-ci ildən
başlayan kampaniyada artıq 689 nəfər rayon sakini peyvənd olunub ki, onların 570
nəfərini tibb işçiləri təşkil edib.
Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri, rayon üzrə vaksinasiya
kampaniyasının rəhbəri Sabir Məhərrəmov söhbət zamanı bildirdi ki, rayonda
vaksinasiya kampaniyası mütəşəkkil şəkildə aparılır, peyvənd olunanlar əvvəlcədən
hərtərəfli həkim müayinəsindən keçirilir.
Rayonda vaksinasiya tədbirləri uğurla davam etdirilir.