Ağcabədi rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində Xidmət aparan
zaman tibbi maskadan istifadə etməyən şəxsləri aşkar etmişlər. Hindarx qəsəbə
sakini Ruslan Davidov və Avşar kənd sakini Qabil Əhmədov tibbi maskadan istifadə
etmədiyi üçün barələrində İnzibat Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol
tərtib edilərək hər biri 100 manat məbləğində cərimə olunublar.