Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq “Xocalı – sağalmaz yaram mənim” adlı sərgi təşkil edilib.
Sərgidə faciəni özündə əks etdirən fotolar, sənədlər, kitab və jurnallar, Mərkəzdə fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin rəsm əsərləri nümayiş etdirilir.
Sərgi fevralın 27-dək davam edəcək. Pandemiya qaydaları gözlənilməklə istənilən şəxs sərgi ilə tanış ola bilər.