Kürdlər kəndində şəhidin xatirəsinə bağ salınmışdır

Kürdlər kəndində Abışov Seymur Əhməd oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün şəhidin ailəsinə məxsus olan 2 hektar pay torpağında 370 ədəd müxtəlif meyvə ağacları əkilmişdir. Qeyd edək ki, Seymur Abışov I Qarabağ müharibəsi zamanı Laçın rayonunun Güləbird kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Ağacəkmə mərasimində Salmanbəyli kəndindən olan, I Qarabağ müharibəsində şəhid olmuş Əlfi Məmmədovun atası Məhəmməd Məmmədov, Salmanbəyli kənd icra nümayəndəsi, II Vətən müharibəsi şəhidi Samir Mikayıllının atası Sabir Sultanov, Kürdlər kənd icra nümayəndəsi Xaləddin Abışov və şəhidin yaxınları iştirak etmişlər.

Ümumilikdə ərazidə daha 500 ədəd meyvə ağacının əkilməsi planlaşdırılır və gələcəkdə sözügedən bağda yetişdirilən meyvələrin şəhid ailələrinə və aztəminatlı şəxslərə verilməsi nəzərdə tutulub.
Hüseyn QULUZADƏ

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər