19.8 C
Aghjabadi

Ağcabədi rayonunda sudüşürən qurğunun çıxış hissəsinin betonlanması işləri həyata keçirilir

Yuxarı Qarabağ kanalında betonlama işləri aparılır

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Odur ki, torpaqların su təminatı üçün ardıcıl tədbirlər görülür, suvarma şəbəkələri genişləndirilir, su sistemlərində təmir-bərpa işləri həyata keçirilir.

Ölkəmizin əsas suvarma kanallarından olan Yuxarı Qarabağ kanalı Qarabağ və Mil düzlərinin suvarılmasında mühüm rol oynayır. Yuxarı Qarabağ kanalı İstismar İdarəsinin rəisi Şakir İmanov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 1958-ci ildə istifadəyə verilən Yuxarı Qarabağ kanalı mənbəyini Mingəçevir su anbarından öz axımı ilə götürür. Uzunluğu 172,4 kilometr olan kanal 6 rayonun ərazisindən keçməklə, 11 rayonun 130 min hektar əkin sahəsinə xidmət edir. 26 min hektar əkin sahəsi kanalüstü ərazilərə düşdüyündən nasoslarla, 104 min hektar əkin sahəsi isə öz axımı ilə paylayıcılar vasitəsilə suvarılır. Yay aylarında Araz çayında su çatışmazlığı olduqda Yuxarı Qarabağ kanalından Bəhrəmtəpə hidroqovşağına saniyədə 25-30 kubsaniyə su ötürülür. Bu da Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Cəlilabad rayonlarının əkin sahələrini su çatışmazlığından xilas edir.

İdarə rəisi qeyd edib ki, Yuxarı Qarabağ kanalı torpaq məcralı olduğundan su itkisinin qarşısını almaq üçün mütəmadi olaraq bəndbərkitmə işləri aparılır, dambaların alçaq və ensiz yerlərinə torpaq daşınıb tökülür, daxili yamaclarda isə betonlama işləri həyata keçirilir. 2020-ci ildə 55 ədəd hidrotexniki qurğu, 17 ədəd hidrometrik post təmir edilib. Kanalın 2 min kvadratmetr koldan təmizləmə, 140 min kvadratmetr dırmıxla təmizləmə, 2100 kubmetr əllə lildəntəmizləmə, 350 min kubmetr mexanizmlə təmizləmə, 320 min kubmetr torpaq mühafizə bəndlərinin təmiri işləri görülüb.

Yuxarı Qarabağ kanalında hazırda su itkisini minimuma endirmək və qarşıdan gələn yaz-yay suvarma mövsümünə hazırlıq məqsədilə təmir tikinti işləri davam etdirilir. Kanalın baş mütəxəssisi Amil Kosayev bildirib ki, kanalın Yevlax rayonunun Malbinəsi kəndi ərazisindən keçən hissəsində betonlama işləri yekunlaşıb. Kanalın Bərdə rayonu ərazisində, Yevlax-Bərdə avtomobil körpüsünün giriş və çıxış hissələrində beton üzlüyə alınması işləri aparılır. Bərdə rayonunun 11-ci paylayıcı hissəsində sipərlərin dəyişdirilməsi, səviyyəqaldıran qurğunun təmiri və Ağcabədi rayonunda sudüşürən qurğunun çıxış hissəsinin betonlanması işləri həyata keçirilir.

Xəbər lenti

Mənim anam Zəhra müəllimdir

Anamla mən bir-birimizdən çox fərqli insanlarıq. Yox, bəzi oxşarlıqlarımız da var. Məsələn, ondan mənə yazmaq, bir də nəfəs...

Həcər Əliyeva: Müəllim kimi də, qadın kimi də xoşbəxtəm

Əliyeva Həcər Əlinağı qızı Ağcabədidə doğulub. Azərbaycan Pedaqoji Dillər İnstitutunu (İndiki ADU) bitirib. İngilis dili müəllimidir. Hazırda M.F.Axundov adına Ağcabədi şəhər 3...

“Müəllim məni atamın ölümünə görə utanmağa qoymadı…”

 7-ci sinifdə oxuyuram. Qış aylarıdır. Atamın 40-ı təzə çıxıb. Yeni-yeni məktəbə qayıdıb, dərslərə adaptasiya oluram... Azərbaycan dili dərsidir. Müəllim...

Ağcabədi sakinini maşın vurub

Oktyabrın 4-ü, saat 23:00 radələrində, Qaradağ rayonunun ərazisində Saatlı rayon sakini Y.Məmmdəov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Ağcabədi rayon sakini Elşən...

Bu müəllimləri siz də tanıyın

Ötən tədris ilində Ağcabədidən 20 nəfər məzun 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olunmuşdu. “Aran” qəzetində onların hər biri haqqında...

Ağcabədi məktəbliləri Vətən müharibəsinə və Müstəqilliyin Bərpası Gününə həsr edilən məruzələr dinləyiblər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində ümumtəhsil məktəblərində məruzələrin keçirilməsi davam etdirilir. Oktyabr ayında keçirilən məruzələr Vətən müharibəsinin...

Ulu Öndərin arzuları reallığa çevrildi

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi taleyüklü anlar və məqamlarla zəngindir. Həlledici amil isə liderlik fenomeni, yaxud lider faktorudur. İnkaredilməz həqiqətdir...

Şəhid Anar Cəfərovun anım mərasimi keçirildi

                            44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də 1977-ci ildə Ağcabədi şəhərində...

Prezident təqaüdünə layiq görülüblər

Prezident İlham Əliyev 2022-2023-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. “Aranqazeti.az”  saytı xəbər...

Elm və təhsil naziri Bərdədə Ağcabədi sakinlərini qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 27-də Bərdə şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Xocalı, Xocavənd rayonları...

Şərhlər