Dəyərli ziyalımız Asif müəllim, doğum gününüz mübarək!

16 fevral- həmyerlimiz, görkəmli tədqiqatçı-alim, tanınmış Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar, ictimai və sənətşünaslıq elmləri şöbəsinin müdiri,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB tərkibində Cəfər Cabbarlı komissiyasının sədri və Prezident təqaüdçüsü Asif Rüstəmlinin doğum günüdür.
Asif müəllim uzun müddət AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Mətbuat tarixi və publisistika” şöbəsinin müdiri və İnstitut Həmkarlar İttifaqı Komitəsinin sədri, eləcə də, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru vəzifələrində şərəflə çalışmışdır.
Dəyərli ziyalımız Asif müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı arzulayırıq!

Şərhlər