Rayonumuzda əhalinin koronavirusa (COVİD-19) qarşı vaksinasiya olunması tədbiri davam etdirilir. 21 yanvar 2021-ci il tarixdən başlayan kampaniyada min nəfərdən artıq rayon sakininin peyvənd olunması həyata keçirilib.
Ağcabədi rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri, rayon vaksinasiya kampaniyasının rəhbəri Sabir Məhərrəmov bildirir ki, əhalinin vaksinasiya olunması müntəzəm olaraq aparılır, peyvənd olunanlar ilk öncə hərtərəfli həkim müayinəsindən keçirilir. İndiyədək vaksinasiya olunanların böyük əksəriyyətini 65 yaşdan yuxarı olan şəxslər təşkil edirdi. 17 fevral 2021-ci il tarixdən vaksinasiya olunanların yaş həddi 50-yə endirilmişdir.


